Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Liege" hava limanı naməlum obyektə görə 30 dəqiqə işlər dayandırdı
"Liege" hava limanı naməlum obyektə görə 30 dəqiqə işlər dayandırdı

Belçikada qeydə alınan yeni bir naməlum uçan obyekt (UFO) hadisəsi Liege hava limanının yarım saatlıq bağlanmasına səbəb olub.

Bizimyol.info xəbər verir ki, bu barədə Belçikanın hava hərəkətinə nəzarət xidməti "Skeyes" məlumat yayıb.

“Liege hava limanında hava hərəkəti təxminən 30 dəqiqəlik dayandırılıb. Buna səbəb, ehtimal ki, naməlum pilotsuz uçuş aparatının aşkarlanması olub”, – deyə "Skeyes"dən verilən məlumatda bildirilib.

Naməlum uçan obyekt yerli vaxtla saat 19:00-da (22:00) müşahidə edilib, hava limanının fəaliyyəti isə 19:30-da (22:30) bərpa olunub.

Belçika Müdafiə Nazirliyinin, hava limanlarının dispetçer xidmətlərinin və yerli KİV-lərin məlumatına görə, son vaxtlar bu cür hadisələr oxşar ssenari üzrə baş verir. Demək olar ki, hər gecə müxtəlif hərbi hava bazalarının və mülki hava limanlarının yaxınlığında işıqlı, tanınmayan obyektlər görünür.

İndiyə qədər bu obyektlərə qarşı dron əleyhinə vasitələrlə təsir göstərmək cəhdləri nəticə verməyib, onları vurmaq üçünsə hər hansı addım atılmayıb.

Qadir, Bizimyil.info

Son xəbərlər
Bütün xəbərlər »