Rusiya avropalı jurnalistləri daşıyan Donetsk bölgəsindəki "Proliska" humanitar missiyasına məxsus maşına zərbə endirmək üçün drondan istifadə etdi.
Bizimyol.info xəbər verir ki, missiyanın rəhbəri Yevgeni Tkaçev bu barədə "Facebook"da məlumat verib.
"Yenidən dünyay gəldik, yeni "Ad günümüz"dür. Allaha şükür! Oleq Tkaçenkoya başsağlığı verirəm, onun maşını məhv olub. Hamı sağ-salamatdır", - deyə Tkaçev deyib.
"N-tv"nin məlumatına görə, maşında "ORF" müxbiri Kristian Verşütz və onun ispan həmkarı olub. Missiya Donetsk bölgəsindəki Kostyantinivkaya gedirmiş.
Hücum videoya çəkilib. Maşına ciddi ziyan dəyib.
Qadir, Bizimyol.info






