Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çelyabinskdə zavodda güclü partlayış olub, ölənlər və yaralananlar var
Çelyabinskdə zavodda güclü partlayış olub, ölənlər və yaralananlar var

Çelyabinsk vilayətinin Kopeysk şəhərindəki plastik materiallar zavodunda baş vermiş güclü partlayış nəticəsində 9 nəfər həyatını itirib, 5 nəfər isə yaralanıb. Hadisə yerində fövqəladə xidmətlər işləyir və təkrar partlayış baş verib.

Bizimyol.info xəbər verir ki, ilk məlumatlara görə, qəza texniki təhlükəsizlik qaydalarının pozulmasından qaynaqlanıb, dron hücumu versiyası isə rədd edilib.

Çelyabinsk vilayətinin qubernatoru Aleksey Teksler "Telegram" kanalı vasitəsilə hadisə barədə məlumat verib: “Təəssüf ki, ölənlər var. Hadisə yerində bütün əməliyyat xidmətləri fəaliyyət göstərir, vətəndaşlara təhlükə yoxdur”, — deyə Teksler bildirib. Onun verdiyi məlumata görə, hadisə baş verən zaman zavodda təxminən 15 nəfər işçi olub.

Əvvəlcə təxmini səbəb olaraq təhlükəsizlik qaydalarının pozulması göstərilib. Fövqəladə hallar xidmətləri hadisənin baş verdiyi yerdə axtarış-xilasetmə işlərinə davam edir. Bir neçə saat sonra başqa bir partlayışın baş verməsi xəbəri gəlib. Şahidlərin sözlərinə görə, partlayışın şiddəti şəhərin müxtəlif yerlərində hiss edilib.

Bir çox şəhər sakini partlayışın şiddətindən həyəcan keçirib. Bəzi sakinlər evlərinin pəncərələrinin və divarlarının titrəyişini hiss ediblər. Bir qadın Rusiya KİV-lərinə verdiyi açıqlamada: “Pəncərənin yanında dururdum, bir səs eşitdim və ev silkələndi” — deyə bildirib.

Kopeysk plastik materiallar zavodu, həmçinin mədən sənayesi üçün partlayıcı maddələrin istehsalı ilə məşğuldur. 2023-cü ilin avqust ayında Moskvaya yaxın olan digər bir zavodda da güclü partlayış baş vermişdi ki, həmin hadisə də ciddi insan itkiləri və yaralanmalara səbəb olmuşdu.

Yerli hakimiyyət hadisənin səbəblərini araşdırmaqda davam edir və müvafiq yardım tədbirləri həyata keçirir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »