Qazlar bir xalqı necə xilas edə bilər?
Eramızdan əvvəl 390-cı ildə vəhşi qallar romalılara hücum etdi. Romalılar onların öhdəsindən gələ bilmədilər və bəziləri şəhəri tamamilə tərk etdi, bəziləri isə Kapitola qapandılar. Şəhərdə yalnız senatorlar qalmışdı. Qallar şəhərə daxil olaraq, bütün senatorları öldürürlər və Romanı yandırırlar.
Romanın mərkəzində yalnız Kapitola qalların əli çatmır. Qallar Kapitoli talan etmək istəyirdilər, çünki orada çoxlu sərvət olduğunu bilirdilər. Ancaq Kapitol sıldırım bir təpədə idi. Bir tərəfdə divarlar və darvazalar, digər tərəfdə isə sıldırım qayalıq. Gecə qallar gizlicə uçurumun altından Kapitoliyaya qalxırlar, aşağıdan bir-birlərinə dəstək olur, nizə və qılıncları ötürürdülər. Beləliklə, onlar Kapitola elə sakitcə dırmaşdılar ki, bir it belə eşitmədi. Onlar divara qalxdıqları zaman birdən qazlar gələnləri hiss edir, qışqırır və qanadlarını çırpırlar. Romalılar yuxudan oyanır, divara tərəf qaçır və bir qalı uçurumun üstündən yıxır. Sonra romalılar qaçaraq qaladan aşağı daşlar atmağa başladılar və çoxlu qal öldürülür. Həmin vaxtdan bəri romalılar bu günün xatirəsinə festival keçirirlər.
Xilaskar qazların tarixi "müdafiə"sinə keçirilən festivalda kahinlər zinət əşyalarını geyinərək şəhəri dolaşır, biri qaz aparır, onun arxasında iti kəndirlə sürüyürlər. Camaat qaza yaxınlaşıb ona və keşişə baş əyir. Qazlara hədiyyə verirlər, iti ölənə qədər çubuqla döyürlər.
İradə Cəlil, Bizimyol.info






