Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Avtomobil konstruksiyalarında dövri dəyişikliklər xilasetmə problemləri" adlı 4-cü Beynəlxalq Elmi-Praktiki konfrans keçirilib
"Avtomobil konstruksiyalarında dövri dəyişikliklər xilasetmə problemləri" adlı 4-cü Beynəlxalq Elmi-Praktiki konfrans keçirilib

1 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyinin akademiyasında "Avtomobil konstruksiyalarında dövri dəyişikliklər xilasetmə problemləri" adlı 4-cü Beynəlxalq Elmi-Praktiki konfrans keçirildi. MDB dövlətləri və ərəb ölkələrindən 30 dan çox nümayəndənin qatıldığı konfransdan öncə iştirakçılar, Fövqəladə Hallar Nazirliyinin akademiyasının rəhbər heyəti Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasına üzv şirkətlər tərəfindən təqdim edilən hibrid və elektrik avtomobillərə baxış keçirdilər. Onlara avtomobillərin özəllikləri və satış sonrası xidmətləri barədə məlumatlar təqdim edildi.

Bizimyol.info Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasına istinadən xəbər verir ki, konfransı giriş sözü ilə akademiyanın rektoru general-mayor Baba Salayev açdı. Daha sonra Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə heyətinin sədri Eyyub Əliyev "Ekoloji təmiz nəqliyyat vasitələri ilə avtoparkın yenilənməsi" mövzusunda çıxış etdi.

"Avtomobil konstruksiyalarında dövri dəyişikliklər xilasetmə problemləri" adlı 4-cü Beynəlxalq Elmi-Praktiki konfrans keçirilib

Konfrans çərçivəsində xarici ölkələrdən olan iştirakçılar ilə yerli mütəxəsislərin çıxışları və maraqlı polemikaları oldu. Konfransın sonunda spikerlərə xüsusi sertifikatlar təqdim edildi.

"Avtomobil konstruksiyalarında dövri dəyişikliklər xilasetmə problemləri" adlı 4-cü Beynəlxalq Elmi-Praktiki konfrans keçirilib

Son xəbərlər
Bütün xəbərlər »