İranda həlak olmuş ali dini lider Əli Xamenei ilə vida mərasimi başlayıb.
Bizimyol.info xəbər verir ki, mətbuatın verdiyi məlumata görə, minlərlə iranlı Tehranın ən böyük dini kompleksi olan İmam Xomeyni Müsəllasının (dini ibadət və mərasim kompleksi) ətrafına toplaşaraq Əli Xamenei ilə vidalaşmaq üçün növbə gözləyir.
İnsanlar xüsusi təşkil olunmuş piyada marşrutları ilə Müsəllanın girişlərinə doğru hərəkət edirlər. Onların bir çoxu İran İslam Respublikasının bayraqlarını, həmçinin Əli Xameneinin və hazırkı ali dini lider olan oğlu Müctəba Xameneinin portretlərini daşıyır.
ABŞ və İsrailin zərbələri nəticəsində həlak olan Əli Xamenei ilə vida mərasimi iyulun 3-də Tehranda başlayıb. Matəm tədbirlərində ən azı 100 ölkədən gəlmiş yüksəksəviyyəli nümayəndə heyətləri iştirak edir. İyulun 4-dən 5-dək ayətullahın cənazəsi Tehrandakı Müsəllada saxlanılacaq və hər kəs onunla vidalaşa biləcək.
İyulun 6-da Tehranın əsas küçələri boyunca matəm yürüşü keçiriləcək. Bundan sonra cənazə ölkənin başlıca dini mərkəzi olan Qum şəhərinə aparılacaq və iyulun 7-də burada matəm mərasimləri təşkil ediləcək.
İyulun 8-də Əli Xameneinin cənazəsi qonşu İraqa göndəriləcək. Kərbəla və Nəcəf şəhərlərində yerli şiə müsəlmanları üçün ayrıca vida mərasimləri keçiriləcək. Dəfn mərasimi isə iyulun 9-da onun doğulduğu Məşhəd şəhərində baş tutacaq.
Bizimyol.info






