Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Metodik yanaşmada balans qorunmasa... Erkən yaşda xarici dil öyrənməyin üstünlükləri və çətinlikləri nələrdir?
Metodik yanaşmada balans qorunmasa... Erkən yaşda xarici dil öyrənməyin üstünlükləri və çətinlikləri nələrdir?

Son illərdə orta məktəblərdə xarici dillərin tədrisinə xüsusi diqqət ayrılır. Artıq Azərbaycanda birinci sinifdən etibarən şagirdlər ingilis dili dərslərinə başlayırlar. Bu, təqdirəlayiq addımdır. Uşaqlar erkən yaşdan yeni dil mühitinə daxil olur, eşitmə və anlama qabiliyyətlərini inkişaf etdirirlər.

Birinci sinifdə uşaqlara hərflər öyrədilmir, daha çox şəkillər və vizual materiallar üzərindən sözlər təqdim olunur. Bu metod uşaqların marağını oyatmaq və dili təbii yolla qavraması üçün faydalı hesab edilir. Lakin müəyyən məqamda bu yanaşma problemlərə də yol açır.

İkinci sinfə keçid zamanı artıq uşaqlardan müəyyən sözləri oxumaq və sadə yazılarla tanış olmaq tələb olunur. Burada əsas çətinlik ortaya çıxır. Çünki rus bölməsində təhsil alan şagirdlər üçün ingilis əlifbası tamamilə fərqlidir. Onlar hələ rus qrafikasına uyğunlaşma mərhələsində olarkən, paralel olaraq ingilis əlifbasını mənimsəməkdə çətinlik çəkirlər.

Mütəxəssislər hesab edirlər ki, birinci sinifdə ən azı ingilis əlifbasının əsasları öyrədilməlidir. Hərflər və səslərin tanıdılması ikinci sinifdəki keçidi daha asan edər.

Eyni zamanda, rus bölməsi şagirdləri üçün xüsusi metodik vəsaitlərin hazırlanması vacibdir. Bu, həm uşaqların yüklənməsinin qarşısını alar, həm də öyrənmə prosesini daha sistemli edər.

Erkən yaşda ingilis dili tədrisi müsbət və zəruri addımdır. Amma metodik yanaşmada balans qorunmasa, bu da uşaqlar üçün faydadan çox çətinlik yarada bilər. Tədris planı uşaqların psixoloji və intellektual inkişaf mərhələsinə uyğunlaşdırılmalı, xüsusən də rus bölməsində oxuyan şagirdlərin ehtiyacları nəzərə alınmalıdır.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »