Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Suriyanın paytaxtı Dəməşqdə iyulun 7-də törədilən bombalı hücumları qətiyyətlə pisləyib.
"Report" xəbər verir ki, bu barədə Türkiyə XİN bəyanat yayıb.
"Ankara Suriya xalqı ilə həmrəyliyini davam etdirəcək, ölkədə davamlı sabitlik və təhlükəsizliyin təmin olunmasına yönəlmiş səylərə dəstəyini sürdürəcək", - bəyanatda vurğulanıb.






