Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günəş saatı, su saatı, şam saatı, daş saatı... Tarix boyu "zaman"ın axtarışında ixtiralar ortaya çıxıb - Video
Günəş saatı, su saatı, şam saatı, daş saatı... Tarix boyu "zaman"ın axtarışında ixtiralar ortaya çıxıb - Video

Mərdəkan qalasında diqqətimizi çəkən XII əsrə aid olduğu iddia edilən daş saat oldu. Sadə, yumru bir daşın üzərində xəttlər çizilib. Bir dönəm insanlar bu daş vasitəsilə vaxtı müəyyən edə bilirmişlər. Gün ərzində saatlar keçdikcə kölgə düşürmüş və beləcə saatı müəyyən etmək mümkün olurmuş. Bəs qış aylarında vaxtı necə müəyyən edirlərmiş? Bax, bu da həqiqətən maraqlı məsələdir.

Tarixi mənbələrə görə, saat eramızdan əvvəl 4000-ci illərdə Qədim Misirdə Günəş saatlarının ixtirası ilə başlayıb. Zamanla su saatı və şam saatı kimi üsullar inkişaf etdi və 13-cü əsrdə mexaniki saatların ortaya çıxması ilə əhəmiyyətli bir irəliləyiş olub.

1980-ci illərdə rəqəmsal saatlar müasir vaxt hesablamasının əsasını qoydu.

Günəş saatları təxminən eramızdan əvvəl 4000-ci ildə misirlilər günəşin hərəkətindən istifadə edərək vaxtı ölçmək üçün günəş saatlarını icad etdilər. Bu saatlar kölgəyə dairəvi diskdəki (daş saatı bura aid etmək olar) işarələrə görə vaxtı göstərməyə imkan verirdi.

Su saatları gecələr və günəş işığının olmadığı buludlu günlərdə vaxtı ölçmək üçün su saatları kimi müxtəlif üsullar hazırlanmışdı.

Yaponiyada 10-cu əsrdə yanan şamın üzərindəki işarələri müşahidə edərək keçən vaxtı şam saatlarının vasitəsilə müəyyən etmək üçün istifadə olunurdu.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »