Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
82 yaşlı Bayden xərçəngli şişin götürülməsi əməliyyatı keçirib
82 yaşlı Bayden xərçəngli şişin götürülməsi əməliyyatı keçirib

ABŞ-ın keçmiş prezidenti Co Bayden alın nahiyəsindəki xərçəng hüceyrələrini götürmək üçün əməliyyat keçirib. O, Moos əməliyyatı keçirib — bu, dəri xərçəngi izləri qalana qədər toxumanın çıxarılması metodudur.

Bizimyol.info xəbər verir ki, Baydenin mətbuat katibi bu məlumatı təsdiqləyib.

Qeyd edək ki, Baydenin həyat yoldaşı Cillə də 2023-cü ildə sağ gözünün üstündə eyni əməliyyat olunub.

Əvvəlcə İnternetdə Baydenin Delaver ştatındakı bir kilsədən üzündə sarğı ilə çıxarkən çəkilən videosu yayılıb. "The Times" xəbər verir ki, bu, onun xərçənglə ilk təması deyil. Prezident olmamışdan əvvəl də Baydenin dəri xərçənginin qeyri-melanomalı növləri alınmışdı. 2023-cü ilin fevral ayında döşündən bazal hüceyrəli karsinoma götürülüb, mayda isə onun prostat xərçəngi aşkarlanıb və xəstəlik sümüklərə yayılıb.

O, "X" platformasında yazıb: "Xərçəng hər birimizi təsir edir. Biz Cilllə başa düşdük ki, xəxsəliyi aşmaq üçün daha da güclü olmalıyıq. Sevgi və dəstəyiniz üçün təşəkkür edirik".

İyunda, diaqnozu açıqladıqdan sonra ilk dəfə ictimaiyyətə danışan Bayden, "optimist" olduğunu bildirib. O, müalicənin gündəlik dərman qəbulunu əhatə etdiyini və "özünü yaxşı hiss etdiyini" qeyd edib. "Bizi müalicə edəcək. Xərçəng heç bir orqanı zədələməyib. Sümük strukturlarım möhkəmdir. Xəstəlik daha irəliləməyib, ona görə özümü yaxşı hiss edirəm," — deyə Bayden Delaverdəki xatirə tədbirindən sonra jurnalistlərə bildirib.

Bayden həmçinin qeyd edib ki, o, dünyada ən yaxşı cərrahlarla işləyir, bu cərrah özü də eyni tip xərçənglə qarşılaşıb. Diaqnoz zamanı Baydenin Gleason balı 9 olub. Gleason balı prostat xərçənginin hüceyrələrinin aqressivliyini qiymətləndirmək üçün istifadə olunur; 9 və 10 bal ən aqressiv hesab olunur.

Qeyd edək ki, Baydenin böyük oğlu Bo 2015-ci ildə 46 yaşında glioblastomadan dünyasını dəyişib, həmin dövrdə Bayden ABŞ-ın vitse-prezidenti idi.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »