Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Nar” Daşkəsən festivalında iştirak etdi
“Nar” Daşkəsən festivalında iştirak etdi

Sərfəli qiymətləri və bölgələrə xüsusi diqqəti ilə seçilən “Nar” Daşkəsən şəhərinin 95 illiyi münasibətilə keçirilən festivalda iştirak etdi. Daşkəsən rayon İcra Hakimiyyəti tərəfindən Xoşbulaq kəndində təşkil olunan möhtəşəm festivala “Nar” gözoxşayan stendi ilə xüsusi rəng qatdı.

Festivalda iştirak edən Daşkəsən sakinləri “Nar” stendində mobil operatorun təqdim etdiyi sərfəli xidmətlərlə tanış oldular və tədbirə özəl kampaniya ilə yeni “Nar” nömrələri əldə etdilər. Mobil cihazların, aksesuarların və digər sərfəli məhsulların satışının təşkil edildiyi “Nar” stendində qonaqlar üçün “Nar”dan xüsusi hədiyyələr də təqdim olundu.

“Nar” Daşkəsən festivalında iştirak etdi

Qeyd edək ki, “Nar”ın festivalda iştirakının əsas məqsədi Azərbaycanın bölgələrində yaşayan abunəçilərlə birbaşa ünsiyyətdə olmaq, onların təklif və istəklərini yerində öyrənməkdir.

“Nar” Daşkəsən festivalında iştirak etdi

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Son xəbərlər
Bütün xəbərlər »