"Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək" İctimai Birliyi İdarə Heyətinin sədri Xəyalə Mütəllimova Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun yeni üzvü olub.
Bizimyol.info QHT.az saytına istinadən xəbər verir ki, Qeyri-Hökumət Təşkilatları Forumunun icraçı rəhbəri Ramil İskəndərli tərəfindən "Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək" İctimai Birliyi İdarə Heyətinin sədri Xəyalə Mütəllimovaya üzvlük vəsiqəsi təqdim edilib və fəaliyyətində uğurlar arzulanıb.
Görüş zamanı qarşılıqlı əməkdaşlıq imkanları və gələcək planlar müzakirə olunub.







