ABŞ hökumətinin Hökumətin Səmərəliliyi İdarəsinin rəhbəri İlon Mask bildirib ki, süni intellekt hazırda dövlət işçilərinin yerinə yetirdiyi bəzi tapşırıqları icra edə bilər.
Bizimyol.info xəbər verir ki, bu barədə "Bloomberg" mənbəyə istinadən xəbər verib.
"O, ABŞ hökumətini səmərəsiz adlandırdı və süni intellektin hazırda bəzi dövlət işçilərinin yerinə yetirdiyi funksiyaları öz üzərinə götürməli olduğunu söylədi", - deyə agentlik yazıb.
“Bloomberg” xəbər verir ki, Mask bu fikri Kaliforniyanın Beverli Hills şəhərində Milken İnstitutunun Qlobal Konfransının qapalı sessiyası zamanı bildirib. O, həmçinin onun "SpaceX" və "Neuralink" şirkətlərinin işlərini müzakirə edib.
Qadir, Bizimyol.info






