Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əməkdar jurnalist, publisist yazıçı Bahəddin Həzinin 60 illik yubileyi qeyd edilib - Video
Əməkdar jurnalist, publisist yazıçı Bahəddin Həzinin 60 illik yubileyi qeyd edilib - Video

Azərbaycan Mətbuat Şurasında əməkdar jurnalist, “Bizim Yol” qəzetinin baş redaktoru, Bizimyol.info xəbər portalının təsisçisi və Baş direktoru Bahəddin Həzinin 60 illik yubileyi ilə bağlı toplantı keçirilib.

Bizimyol.info Mətbuat Şurasına istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Rəşad Məcid yubilyarın həyat və yaradıcılıq yolu barədə məlumat verib. Şura sədri Rəşad Məcid əməkdar jurnalist Bahəddin Həzini peşəkar qələmə sahibi, prinsipial mövqeyi ilə seçilən, jurnalistikanın maraq və mənafeyini qoruyan həmkar kimi dəyərləndirib, ona rəhbərlik etdiyi qurumun diplomunu təqdim edib.

Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli bildirib ki, B.Həzi jurnalist olmaqla yanaşı, eyni zamanda, peşəyə publisistik çalarlar gətirmənin nümunəsidir və bu cəhət yubilyarı həm də ziyalı kimi dəyərləndirməyə imkan verir.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı əməkdar jurnalisti səmimi keyfiyyətləri ilə seçilən həmkar olaraq xarakterizə edib və bildirib ki, bu cəhət onun yaradıcılığına da təsirini göstərib.

MŞ İdarə Heyətinin üzvü, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu yubilyarın yazıb yaratmasının bütövlükdə ictimai mühit üçün vacibliyini əsaslandırıb.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev Bahəddin Həzini istedadın və təvazökarlığın nümunəsi adlandırıb. O, həmçinin jurnalistin ilk məqalələrinin çap olunduğu “Xazar” jurnalını tədbir iştirakçılarına təqdim edib.

MŞ İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli yubilyarın çətin günün dostu olduğunu vurğulayıb.

Toplantıda çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvləri – “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, APA Holdinqin rəhbəri Vüsalə Mahirqızı, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Milli Məclisin deputatı Aqil Abbas, şair və tərcüməçi Zakir Fəxri, şair-publisist Vaqif Bəhmənli, yazıçı Seyran Səxavət, tanınmış jurnalist Afaq Vasifqızı, jurnalist və nasir Fəxri Uğurlu, veteran jurnalist Əlövsət Ağalarov, jurnalist Hikmət Sabiroğlu, teleaparıcı Rövşənə Ağasəfqızı, yazıçı Şərif Ağayar, sənətşünas Zülfiyyə Eldarqızı, “Gununsesi.info” saytının baş redaktoru Pərviz Həşimli, vəkil Vüqar Kazımov, yazıçı və ədəbiyyatşünas Vaqif Sultanlı, “Mədəniyyət” qəzetinin baş redaktoru Vüqar Orxan, həmçinin yubilyarın qardaşı, jurnalist Qadir Həzi və başqaları əməkdar jurnalist Bahəddin Həzi haqqında dəyərli fikirlərini və xatirələrini bölüşüblər.

Son xəbərlər
Bütün xəbərlər »