Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycana bəd xəbər: Neft qiymətləri son 3 ildə ən aşağı səviyyəyə düşüb
Azərbaycana bəd xəbər: Neft qiymətləri son 3 ildə ən aşağı səviyyəyə düşüb

Neft ikinci gün dalbadal ucuzlaşaraq son üç ilin ən aşağı səviyyəsinə düşüb. Bu, OPEC+ təşkilatının gözlənilmədən hasilatı artırması və ABŞ Prezidenti Donald Trampın ticarət tariflərinin tələbi azalda biləcəyi ilə bağlı narahatlıqlarla bağlıdır. Bu barədə Bloomberg-in analitik matyerialında bildirilir.

Brent markalı neft iki gün ərzində 10%-dən çox dəyər itirib, ABŞ nefti isə 2023-cü ilin mayından bəri ən aşağı səviyyədədir. Qiymət enişinə Trampın qlobal iqtisadi artıma və istehlaka zərər vura biləcək tarif qərarı səbəb olub. Bundan dərhal sonra OPEC+ əvvəlcədən planlaşdırılan may ayı hasilat artımı göstəricisini üç dəfə artıraraq qiymətlərin daha da aşağı düşməsinə yol açıb.

Bu hadisələr OPEC+ ölkələrinin yüksək qiymətləri qoruyub saxlayıb-saxlamayacağı ilə bağlı suallar doğurub. Goldman Sachs və ING kimi maliyyə institutları neft bazarı üçün qiymət proqnozlarını aşağı salıb. Ekspertlər tariflərin və hasilat artımının risk yaratdığını bildirirlər.

Eyni zamanda, bazarda gələcək tədarük balansının yumşalacağına dair siqnallar var. ABŞ administrasiyasının İrana və Venesuelaya qarşı sanksiya təzyiqlərini artırmaq planları neft bazarında qeyri-müəyyənliyi artırır. Bununla belə, bəzi analitiklər neft qiymətlərinin uzun müddət 70 dolların altında qalmasının mümkün olmayacağını düşünürlər.

Son xəbərlər
Bütün xəbərlər »