ABŞ prezidenti Donald Tramp Beynəlxalq Kosmik Stansiyada qapalı qalan astronavtlar Buç Vilmor və Suni Uilyamsa “artıq iş vaxtı” ödəməyi təklif edib.
Bizimyol.info xəbər verir ki, Trampın Oval kabinetdə jurnalistlərə verdiyi açıqlamada müxbir ona xatırladıb ki, astronavtlar normal olaraq əlavə işə görə 1430 dollar qazanırlar.
Tramp daha sonra: “Bu barədə mənə heç kim heç nə deməyib. Bunu ödəməli olsaq, öz cibimdən ödəyəcəm. Yaxşı, mən bunu onlar üçün edəcəm”, - deyə qeyd edib. Və bunun ardınca ABŞ prezidenti astronavtları Yerə qaytardığı üçün "SpaceX" sahibi İlon Maska təşəkkür edib.
Təxminən doqquz aya yaxın Beynəlxalq Kosmik Stansiyada (BKS) qapalı qalan iki astronavt martın 18-də "SpaceX"in "Dragon" kapsulu ilə Yerə qayıdıb.
Qadir, Bizimyol.info






