Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: Aİ-ni çıxılmaz vəziyyətdən ancaq Türkiyə xilas edə bilər
Ərdoğan: Aİ-ni çıxılmaz vəziyyətdən ancaq Türkiyə xilas edə bilər

"Avropa demokratiyalarında yaranan boşluğu, son seçkilərdə də göründüyü kimi, ifrat sağçı demaqoqlar doldurur. Avropa İttifaqını düşdüyü çıxılmaz vəziyyətdən iqtisadiyyatdan müdafiəyə, siyasətdən beynəlxalq nüfuza qədər yalnız Türkiyə və Türkiyənin tamhüquqlu üzvlüyü xilas edə bilər".

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Prezident Sarayında Nazirlər Kabinetinin iclasında deyib.

Avropa İttifaqı ilə münasibətlərin son vaxtlar köhnə ritminə qayıtmasına önəm verdiklərini ifadə edən Ərdoğan, Suriyada baş verən hadisələrlə yanaşı, Ukrayna müharibəsi kontekstində aparılan müzakirələrin də Avropanın Türkiyəyə ehtiyacını bir daha təsdiqlədiyini vurğulayıb.

Prezident Ərdoğan: "Avropa İttifaqını iqtisadiyyatdan müdafiəyə, siyasətdən beynəlxalq nüfuza qədər düşdüyü çıxılmaz vəziyyətdən ancaq Türkiyə xilas edə bilər. Türkiyənin İttifaqa tam üzv olması birliyi xilas edə bilər. İqtisadiyyatı və demoqrafik quruluşu sürətlə qocalan Avropaya həyat verəcək tamhüquqlu üzvü olan Türkiyə ola bilər. Avropa İttifaqı bu faktlarla nə qədər tez qarşılaşsa, bu, onlar üçün bir o qədər yaxşı olar. Biz üzvlük prosesimizi həmişə etdiyimiz kimi konstruktiv yanaşma ilə və qarşılıqlı fayda və hörmətə əsaslanaraq inkişaf etdirmək istəyirik", - deyib.

Bu mövzuda lazımi iradə göstərilərsə, qısa zamanda nəticələrin əldə oluna biləcəyini vurğulayan Ərdoğan bunun üçün Avropa Birliyinin və Birliyə yol göstərən ölkələrin yanlış işlərdə israrlı olmaqdan əl çəkməli olduğunu bildirib.

Önümüzdəki dövrdə prosesin necə inkişaf edəcəyini hər kəsin görəcəyini ifadə edən Ərdoğan, Türkiyə olaraq 360 dərəcə perspektivlə Ankaraya sabitlənmiş kompasın bir ayağı ilə bütün dünyanı qucaqlamağa davam edəcəklərini bildirib.

Prezident Ərdoğan ötən həftə Cənub-Şərqi Asiyaya etdikləri səfərin təşəbbüskar, tarixi və mədəni dərinliyi ilə sülhsevər, insana və vicdana əsaslanan xarici siyasətlərinin uğurunu bir daha nümayiş etdirdiyini bildirib.

Ümumi əhalisi 650 milyona yaxın olan bölgələrinin parlayan ulduzları olan Malayziya, İndoneziya və Pakistana səfərlərinin son dərəcə məhsuldar olduğunu ifadə edən Ərdoğan, imzaladıqları 48 sənədlə ticarət, iqtisadi, müdafiə, mədəni və insani əlaqələri daha da gücləndirdiklərini söyləyib.

Xarici ticarətdə yeni hədəflər müəyyənləşdirdiklərini və birgə istehsal daxil olmaqla müdafiə sənayesi əməkdaşlığını inkişaf etdirməyə qərar verdiklərini vurğulayan Ərdoğan: "Bizə və nümayəndə heyətimizə göstərilən diqqət və hörmətdən, küçələrə axan sevgi selindən təsirlənməmək mümkün deyildi. Hər üç ölkədə təkcə rəsmi qurumlar tərəfindən deyil, xüsusən də ictimaiyyət tərəfindən böyük mehribanlıqla qarşılandıq. Minlərlə, on minlərlə insan əllərində qırmızı bayraqlarımızla bizi qarşıladı. Yollar, binalar, reklam lövhələri sözün əsl mənasında bu ölkələrlə qədim dostluğumuzu əks etdirən fotoşəkillərlə bəzədilmişdi. Bu millətin şərəfli övladı olaraq Türkiyənin İslam dünyasında güclənən rolunu vurğulayan tərifləri eşitmək çox xoş idi. Millətimizlə birlikdə dostlarımıza güvən verən, rəqiblərimizin qəlbinə qorxu salan növbəti səfərimizi uğurla başa vurduq”, - deyə qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »