Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran XİN: İsrail razılaşmanı pozarsa, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
İran XİN: İsrail razılaşmanı pozarsa, məsuliyyət ABŞ-ın üzərinə düşəcək

İran ABŞ və onun regional müttəfiqlərinin, o cümlədən İsrailin əldə olunmuş memorandumun şərtlərini pozacağı təqdirdə məsuliyyətin Vaşinqtonun üzərinə düşəcəyini bəyan edib.

Bizimyol.info xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqai həftəlik mətbuat konfransında bildirib.

“Razılaşmanın digər iştirakçıları və ABŞ-ın bölgədəki müttəfiqləri tərəfindən mümkün pozuntulara görə məsuliyyəti Amerika tərəfi daşıyacaq”, – deyə Baqai vurğulayıb.

Onun sözlərinə görə, Yaxın Şərqdə heç kim İsrailin bölgədə sabitliyin tərəfdarı olduğuna inanmır. İran rəsmisi hesab edir ki, İsrail ABŞ-la koordinasiya olmadan mühüm addımlar atmır və buna görə də baş verə biləcək hər hansı pozuntuya görə məsuliyyət Vaşinqtonun üzərinə düşür.

Bundan əvvəl ABŞ, İran və vasitəçi qismində çıxış edən Pakistan rəsmiləri Vaşinqtonla Tehran arasında razılıq əldə olunduğunu təsdiqləmişdilər. Sənədin iyunun 19-da Cenevrədə imzalanması planlaşdırılır.

İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi bildirib ki, 60 günlük atəşkəs dövründə tərəflər Tehranın nüvə proqramı da daxil olmaqla bir sıra məsələləri müzakirə edəcəklər.

Razılaşmaya əsasən, iyunun 15-dən etibarən ABŞ tərəfindən İrana tətbiq olunan dəniz blokadasına son qoyulacaq. Həmçinin Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və daimi dayandırılması nəzərdə tutulur.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »