Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AQTA Türkiyədəki kütləvi zəhərlənmə ilə bağlı nəzarət tədbirlərini gücləndirib
AQTA Türkiyədəki kütləvi zəhərlənmə ilə bağlı nəzarət tədbirlərini gücləndirib

AQTA Türkiyədəki kütləvi zəhərlənmə ilə bağlı nəzarət tədbirlərini gücləndirib.

Bu barədə "Bizimyol.info"ya AQTA-dan bildirilib.

Xəbər verildiyi kimi, Türkiyənin bir sıra şəhərlərində saxta spirtli içkilərdən kütləvi zəhərlənmə və ölüm hadisələri baş verib.

Yayılan məlumatlarda bildirilir ki, Ankara şəhərində saxta spirtli içkidən həyatını itirənlərin sayı 59 nəfərə, müalicəsini davam etdirənlərin sayı isə 37 nəfərə çatıb. Baş verən hadisələrə əsas səbəb kimi sənayedə istifadə olunan, bu ölkədə daha ucuz və əlçatan hesab edilən metanoldan istifadə etməklə hazırlanan saxta spirtli içkilərin istehlakı göstərilir.

Qeyd edək ki, ölkəmizə Türkiyə Cümhuriyyətindən, eləcə də digər xarici ölkələrdən idxal edilən spirtli içkilər risk əsaslı nəzarət tədbirlərinə cəlb olunur, saxta spirtli içkilərin ölkəyə gətirilməsinin qarşısı qətiyyətlə alınır. Məhsullardan götürülən nümunələrin laborator müayinəsi uyğun olduğu təqdirdə, bu məhsulların idxalına icazə verilir.

Məlumat üçün bildirək ki, 2024-cü il ərzində Türkiyə Cümhuriyyətindən ümumilikdə 645120 litr (23700 litri rakı, 620890 litri pivə, 530 litri şərab), 2025-ci ilin 1 yanvar-17 fevral tarixlərində isə 46300 litr (5150 litri rakı, 41150 litri pivə) spirtli içki idxal olunub ki, bu məhsullar da təhlükəsizlik və keyfiyyət göstəricilərinə görə müvafiq müayinələrə cəlb edilib və istehlak üçün uyğun olduğu öz təsdiqini tapdıqdan sonra satış şəbəkələrinə çıxarılması üçün müvafiq icazələr verilib.

Bu istiqamətdə nəzarət və tənzimləmə tədbirləri davam etdirilir.

Son xəbərlər
Bütün xəbərlər »