Bir qrup alimin fikrincə, Yerin daxili nüvəsi son 20 il ərzində formasını dəyişə bilərdi.
Bizimyol.info xəbər verir ki, tədqiqata rəhbərlik edən professor Con Vidale görə, ümumiyyətlə, daxili nüvənin kürə formasına malik olduğuna inanılır, lakin əslində onun kənarları bəzi yerlərdə 100 m və daha çox hündürlüyə qədər deformasiya oluna bilər.
Yerin nüvəsi planetimizin döyünən ürəyidir, çünki o, günəş radiasiyasının təsiri altında həyatı yanmaqdan qoruyan maqnit sahəsi yaradır.
Daxili nüvə maye xarici nüvədən və planetin qalan hissəsindən asılı olmayaraq fırlanır. Bu hərəkət olmasa, Yerdə həyat məhv olar və milyardlarla il əvvəl maqnit sahəsini itirmiş kimsəsiz Marsa bənzəyər.
Qadir, Bizimyol.info






