Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” İctimai Birliyi, “Yeni Bacarıqlar, Yeni İmkanlar: Təcrübə Proqramı”nı elan edir!
Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” İctimai Birliyi, “Yeni Bacarıqlar, Yeni İmkanlar: Təcrübə Proqramı”nı elan edir!

Əgər reklam və marketinq sahəsinə marağınız varsa və bu sahədə praktiki biliklərinizi inkişaf etdirmək istəyirsinizsə, “Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” İctimai Birliyi sizi “Yeni Bacarıqlar, Yeni İmkanlar: Təcrübə Proqramı” çərçivəsində keçirilən “Universitet Praktika” proqramına qoşulmağa dəvət edir!

Bu proqram sizə,

✔️ Reklam və marketinq sahəsində dəyərli bilik və bacarıqlar qazanmaq;

✔️ Peşəkar mühitdə işləyərək real təcrübə əldə etmək;

✔️ Şəxsi inkişafınıza töhfə vermək;

✔️ Gələcək karyeranızı formalaşdırmaq üçün unikal fürsətlər təqdim edir.

“Universitet Praktika” kimlər üçündür?

- Reklam və marketinq sahəsinə maraq göstərən tələbələr və yeni məzunlar;

- Bu sahədə karyera qurmaq istəyən gənclər;

- Mövcud biliklərini genişləndirmək və praktiki bacarıqlar əldə etmək istəyən şəxslər.

**Təcrübə proqramına necə müraciət etmək olar?**

Proqramda iştirak etmək üçün buradakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz. Əlavə suallarınız yaranarsa, bizimlə [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Gələcəyinizi indidən qurmağa başlayın. Reklam və marketinq sahəsində peşəkar inkişafınıza ilk addımı bizimlə atın.

Son xəbərlər
Bütün xəbərlər »