Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kənd təsərrüfatına zərər verən 120 mindən çox iquana məhv ediləcək
Kənd təsərrüfatına zərər verən 120 mindən çox iquana məhv ediləcək

Tayvan 120.000-dən çox yaşıl iquananı məhv etməyi planlaşdırır, çünki onlar "kənd təsərrüfatı sektoruna mənfi təsir göstərir".

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, "Taipei Times" qəzetinin məlumatına görə, Tayvan Kənd Təsərrüfatı Nazirliyi ölkədəki iquana populyasiyası ilə bağlı açıqlama verib.

Açıqlamada ölkənin cənub və mərkəzi bölgələrində iquana populyasiyasında həddən çox artım olduğu bildirilib. Qeyd edilir ki, insanların çörək pulunu əkinçiliklə təmin etdiyi bölgədə iquanaların əkin sahələrinə mənfi təsir göstərib və buna görə də, 120 mindən çox yaşıl iquanın məhv ediləcəyi barədə qərar verilib.

Açıqlamada, ölkə daxilində təxminən 200 min yaşıl iquana yaşadığı və öldürülən hər iquana üçün haqq ödəniləcəyi açıqlanıb. Ötən il Tayvanda 70 min iquana məhv edilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »