Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hansı qan qrupunda insult riski daha yüksək olduğu açıqlanıb
Hansı qan qrupunda insult riski daha yüksək olduğu açıqlanıb

Tədqiqatlar göstərib ki, "A" qan qrupunun genetik dəyişikliyi olan insanların 60 yaşından əvvəl insult keçirmə riski digər qan qruplarına malik olanlara nisbətən 16 faiz daha yüksəkdir.

Bizimyol.info xəbər verir ki, mütəxəssislər "O" qrupun gen dəyişikliyi olan insanlarda riskin yüzdə 12 daha az olduğu aşkar etsələr də, insult riskinin qan laxtalanma faktorları və damar sağlamlığı ilə əlaqəli ola biləcəyini bildiriblər.

Qan qrupları qırmızı qan hüceyrələrinin səthində olan kimyəvi müxtəlifliyi təsvir edir. Ən tanış olanlar arasında "A" və "B" adlananlar var ki, onlar "AB" kimi birlikdə, "A" və ya "B" kimi ayrı-ayrılıqda baş verə bilər və ya ümumiyyətlə "O" kimi olmaya bilər.

2022-ci ildə aparılan bir araşdırmada genom tədqiqatçıları A1 alt qrup geni ilə erkən yaşlarda insult riski arasında əhəmiyyətli bir əlaqə olduğunu aşkar ediblər. Tədqiqatçılar insult keçirmiş təqribən 17.000 və insult keçirməyən təxminən 600.000 insan üzərində aparılmış 48 genetik araşdırmanın məlumatlarını toplayıblar. Tədqiqat iştirakçıları 18-59 yaş arasından seçilib.

Araşdırmaya görə, "A" qrupunun genetik variasiyası olan insanların 60 yaşından əvvəl insult keçirmə riski digər qan qruplarına malik olanlara nisbətən 16 faiz daha yüksəkdir. Digər tərəfdən, "O" qrupu gen variasiyası olan insanlarda bu risk yüzdə 12 daha azdır.

Merilend Universitetinin aparıcı müəllifi və damar nevroloqu Steven Kittner: "Qan "A" qrupunun niyə daha yüksək risk daşıdığını hələ də bilmirik. Ancaq bu, yəqin ki, qanın laxtalanma faktorları, qan damarlarını örtən hüceyrələr və dövran edən zülallarla əlaqədardır", - deyə bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »