Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Şimal Hərbi Dairəsi zonasında ən yeni pilotsuz hücum təyyarəsini itirib
Rusiya Şimal Hərbi Dairəsi zonasında ən yeni pilotsuz hücum təyyarəsini itirib

Rusiya hərbçiləri Şimal Hərbi Dairəsi zonasında “S-70 Oxotnik” ən yeni pilotsuz hücum aparatının itirib.

Bizimyol.info xəbər verir ki, bu barədə hərbi müxbir Aleksandr Kots "Telegram" kanalında məlumat verib.

Onun sözlərinə görə, dron Konstantinovka yaxınlığında itib. İlkin məlumatlara görə, pilotsuz uçuş aparatı “Oxotnik”in uçduğu istiqamətdə Rusiyanın "Su-57" qırıcısından atılan “hava-hava” tipli raketlə vurulub. Hərbiə müxbir rabitə kanalının pozulduğunu və “S-70”in idarəolunmaz hala gəldiyini bildirib.

O vurğulayıb ki, ukraynalılar çətin ki, bu drondan faydalı bir şey əldə etsinlər, çünki o, adətən özünü məhv edən mexanizmlə təchiz olunub.

Oktyabrın 5-də bildirildi ki, Rusiyada qarajda ustalar süni intellektin rəhbərlik sistemi ilə təchiz edilmiş “Molniya” tipli pilotsuz uçan aparatı hazırlaya biliblər – dron müstəqil şəkildə düşməni tapmağa qadirdir.

Oktyabrın 2-də məlum olub ki, “Kalaşnikov” konserni tərəfindən hazırlanmış “Skat 350M” pilotsuz təyyarəsi elektron müharibəyə daha az həssas olmaq üçün təkmilləşdirilib. Bundan əvvəl Vladimir Putin PUA operatorları üçün innovasiya kolleci açəlması barədə qərar qəbul edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »