Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlon Maskın sahib olduğu "X" ilk dəfə şəffaflıq hesabatını dərc edib
İlon Maskın sahib olduğu "X" ilk dəfə şəffaflıq hesabatını dərc edib

Sosial media platforması "X" (keçmiş "Twitter") ABŞ milyarderi, iş adamı İlon Maska satıldıqdan sonra ilk dəfə şəffaflıq hesabatı paylaşılıb.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, rəhbərliyi dəyişdikdən sonra şirkət ilk dəfə şəffaflıq hesabatını paylaşıb.

Hesabatda ilin birinci yarısında sosial media platformasında milyonlarla yazı və hesabın bloklandığı üzə çıxıb. Platformada hesabların dayandırılmasının əvvəlki dövrlə müqayisədə 3 dəfədən çox artdığı müşahidə edilib.

2022-ci ilin ilk 6 ayında 1,6 milyon hesabın fəaliyyəti dayandırılıbsa, 2024-cü ilin eyni dövründə bu rəqəm 5,3 milyona yüksəlib. Hesabatda yanvar-iyun aylarında “qaydaları pozduğuna” görə 10,6 milyondan çox postun silindiyi barədə məlumat paylaşılıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »