Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Livanda yaşanan "pager" aktlarına vasitəçi olan rabitə vasitələrinə sonradan müdaxilə edilməsi realdır"
"Livanda yaşanan "pager" aktlarına vasitəçi olan rabitə vasitələrinə sonradan müdaxilə edilməsi realdır"

Livanda Hizbullah mənsublarına məxsus "pager" cihazlarının, eyni zamanda telefon və digər rabitə vasitələrinin kütləvi şəkildə partladılması insanlarda mobil telefonlarına şübhələrini və təhlükə riskini artırıb. Hərbi ekspertlər bu hadisəni kibertəhlükəsizlik problemi adlandırırlar və bildirirlər ki, bu, əsasən, xaker hücumları və bənzəri kiber fəaliyyətlərin nəticəsində baş verə biləcək bir hadisədir.

  • İstifadə etdiyimiz mobil vasitələri bu hadisədən sonra artıq "üzərimizdə gəzdirdiyimiz bomba" adlandırmaq doğru olarmı?

  • Baş vermiş bu hadisəni ümumi mobil cihazları şübhə altına alacaq və insanlara həyati risk yaradacaq bir ilk hesab etmək olarmı?

  • Ümumiyyətlə, mobil cihazların partlama ehtimalını öncədən bilmək, bunun üçün tədbir almaq mümkündürmü?

Yaşananlar heç vaxt bənzərinə rast gəlinməmiş bir hadisə idi və indi insanların telefon şirkətlərinə olan etimadının azaldığını müşahidə etmək olur. Xüsusən də, ABŞ brendi olan məhsullara.

Məsələ ilə əlaqədar İnformasiya-Kommunikasiya Texnologiyaları (İKT) üzrə mütəxəssis Fərhad Mirəliyev Bizimyol.info xəbər portalının suallarını cavablandırıb.

Fərhad Mirəliyev Fərhad Mirəliyev

"Hadisə barədə mən də bir qədər araşdırma etdim, burada kibertəhlükəsizliklə bağlı xüsusi məsələ yoxdur. Həmçinin, proqram və aparat təminatı ilə bağlı problem mövcud deyil. Apardığımız araşdırmalar belə bir nəticə verdi ki, orada alıcı şirkətə telefon sifarişi verib və sayını, tarixini bildirib. Müqavilə bağlandıqdan sonra şirkət tədarük işlərini tamamilə ayrı - üçüncü bir şirkətə həvalə edib. Üçüncü şirkət də Macarıstana məxsus şirkət olub və məhsulları hazırlayan bu şirkətin özü xüsusi xidmət orqanlarının nəzarətində olub. Daha sonra həmin rabitə vasitələrinə kimyəvi partlayıcılar əlavə edilib.

Məlumat üçün qeyd edim ki, "pager"lər telefon deyil, xüsusi təyinatlı rabitə vasitələridir. Bir daha qeyd etmək istəyirəm ki, hadisəyə səbəb proqram və ya aparat təminatındakı problem yox, məhz, həmin vasitələrə xüsusi üsullarla kimyəvi partlayıcıların əlavə olunması səbəb olub. Sadəcə olaraq, buradakı hiylə ondan ibarətdir ki, məsələn, siz mənə bir telefon sifarişi verirsiniz və mən həmin sifarişi icra edib, verirəm. Amma həmin sifarişi mən də başqasından alıramsa, artıq siz mənə etibar edirsiniz ki, sifarişinizi təmin edəcəm. Məsələnin məğzi bundan ibarətdir. Əslində həmin o məhsul sizin də tanımadığınız insanlar tərəfindən hazırlanmış olur" - deyə, İKT mütəxəssisi qeyd edib.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »