Birləşmiş Ştatlar tədarük qadağası aradan qaldırıldıqdan sonra 36 "F-35"i qəbul edib
ABŞ ordusu 36 yeni "Lockheed Martin" beşinci nəsil "F-35" döyüş təyyarəsini tədarük qadağası qaldırıldıqdan sonra təhvil alıb.
Bizimyol.info xəbər verir ki, bu barədə çərşənbə axşamı "Defence News" portalı məlumat yayıb.
Nəşrin verdiyi məlumata görə, onlardan 29-u artıq Texasdakı ana bazasına çatdırılıb.
Portal qeyd edib ki, 2023-cü ilin iyulunda Pentaqon proqram təminatı ilə bağlı problemlərə görə bu qırıcıları qəbul etməkdən imtina edib. Proqramın yeni versiyası hazırlandıqdan sonra məhdudiyyətlər aradan qaldırılıb. Mühərrikin təkmilləşdirilməsi xərcləri rəsmi hesablamaya daxil edildikdən sonra qırıcı istehsalının ümumi dəyəri təxminən 485 milyard dollardır. Bu, "F-35" proqramını Amerika silah sistemləri arasında ən bahalı edib.
Əvvəlki 442 milyard dollarlıq xərc smetasına bu ilin əvvəlində yenidən baxılmışdı, lakin bu məlumat yalnız Müdafiə Nazirliyinin proqramla bağlı son hesabatında açıqlanıb.
Qadir, Bizimyol.info






