Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kosmosda qalan 2 astronavt fevral ayına qədər gözləyəcək
Kosmosda qalan 2 astronavt fevral ayına qədər gözləyəcək

Amerika Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) "Boeing" aparatının nasazlığı səbəbindən təxminən 2 aydır kosmos stansiyasında qapalı qalan 2 astronavtı 2025-ci ilin fevral ayına qədər kosmosda saxlamağa qərar verib.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, NASA "Boeing"in nasaz kapsulu ilə 2 astronavtı Yerə qaytarmağın çox riskli olduğuna qərar verib.

Bu kontekstdə astronavtlar "SpaceX" kapsulu ilə kosmosdan qayıtmaq üçün gələn ilə qədər gözləməli olacaqlar. Beləliklə, 2 astronavt üçün 1 həftə davam etməli olan sınaq uçuşu 8 aydan çox davam etmiş olacaq.

Təcrübəli pilotlar Butch Vilmore və Suni Uillyams iyun ayından Beynəlxalq Kosmik Stansiyada qapalı qalıblar.

NASA-nın administratoru Bill Nelson açıqlamasında: “Təbiətinə görə sınaq uçuşu nə təhlükəsiz, nə də rutindir. Ona görə də bu qərar təhlükəsizliklə bağlı öhdəlikdir”, - deyə qeyd edib.

Administrator müavini Jim Free də: "Bu, asan qərar deyildi, lakin bu, şübhəsiz ki, düzgün qərardır", - deyə NASA-nın qərarına münasibət bildirib.

Zədələnmiş servisin aid olduğu "Boeing" də, təxirə salınmadan sonra yazılı açıqlama verib: "Biz "Boeing" çirkəti olaraq hər şeydən əvvəl ekipajın və kosmik gəminin təhlükəsizliyinə diqqət yetirməyə davam edirik. NASA-nın göstərişi ilə missiyanı yerinə yetiririk, həmçinin kosmik gəmini təhlükəsiz və uğurlu ekipajsız qayıdışı üçün hazırlayırıq", - deyə bildirib.

"Starliner" kosmik gəmisi sentyabrın əvvəlində avtopilotla qayıdıb Nyu Meksiko səhrasına enməsi gözlənilir.

İki təxirə salınmadan sonra "Boeing" iyunun 5-də 2 NASA astronavtını daşıyan Starliner gəmisini ilk dəfə kosmosa göndərdi. Helium sızması aşkar edən aparat üzərində aparılan araşdırmalara baxmayaraq problemin mənbəyi tapılmayıb və vasitənin Yerə dönüşü 4 dəfə təxirə salınıb.

Kosmik stansiyada 1 həftə qalması planlaşdırılan NASA astronavtlarının dəqiq dönüş tarixi və necə dönəcəyi ilə bağlı hələlik dəqiq vaxt bəlli deyil.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »