Elektrikli avtomobil akkumulyatorlarının xərcləri ilə bağlı araşdırma aparılıb. Araşdırma nəticəsində məlum olub ki, akkumulyatorların qiyməti 15 ildə 90 faiz ucuzlaşıb.
Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, son bir neçə ildə böyük trendə çevrilən elektrik avtomobilləri indi əvvəlki populyarlığını itirib. Daha doğrusu, şirkətlər bir-bir gələcək illər üçün elektrik avtomobil planlarını ləğv etməyə başladılar. Ancaq nə olursa olsun, elektromobillərə göstərilən maraq bu sektorda ciddi inkişaflara imkan yaradıb.
ABŞ Energetika Departamenti tərəfindən yaradılan Avtomobil Texnologiyaları Ofisi (ATO) sənaye ilə bağlı diqqətəlayiq statistik məlumatları paylaşıb. Bu statistika elektromobillərin qiymətinin necə aşağı düşdüyünü göstərir. Batareyanın istehsal xərcləri ilə bağlı aparılan araşdırmalar təəccüblü nəticələr verir.
15 ildə batareyanın qiyməti 90 faiz azaldı
ATO tərəfindən aparılan araşdırmaya görə, 2008-2023-cü illər arasında batareya xərcləri təxminən 90 faiz azalıb. Bu çərçivədə; 2008-ci ildə 1 kVt/saat batareyanın qiyməti təxminən 1415 dollar idi.
Bu məbləğ indi 139 dollara düşüb.
Bu məlumatlara əsasən deyə bilərik ki, bir çox elektromobildə gördüyümüz 80 kWh tutumlu akkumulyatorun qiyməti 11 min 120 dollar civarındadır. 100 kVt/saat tutumlu akkumulyatorun qiyməti 13 min 900 dollardır. Şirkətlərin belə avtomobilləri 35-40 min dollara satdığını nəzərə alsaq, ən bahalı hissələrdən birinin akkumulyator olduğunu rahatlıqla deyə bilərik.
Qadir, Bizimyol.info






