Cümhuriyyət Məclisinin sədri Zorlu Töre 8 avqustun Kipr türk xalqının cəsarətini və iradəsini simvolizə edən ən mühüm tarixlərdən biri olduğunu vurğulayıb.
Bizimyol.info xəbər verir ki, Cümhuriyyət Məclisinin sədri Zorlu Töre, 8 Avqust Erenköy Müqavimətinin ildönümü münasibətilə mesaj yayımladı.
Töre mesajda: “Kıbrıs Türk toplumunun varlıq mübarizəsinin ən şanlı müqavimətlərindən biri olan 8 Avqust Erenköy Müqavimətinin 60-cı ildönümünü qeyd etməkdən qürur duyuruq. 8 Avqust Erenköy Müqaviməti Kipr türklərinin cəsarət və iradəsinin ən əhəmiyyətli simvoludur.
1964-cü ildə xaricdə təhsil alan təxminən 700 kiprli türk tələbə vətənlərini qorumaq üçün həyatlarını riskə ataraq şərəfli bir mübarizə yolu keçdilər.
Qəhrəman gənclərimiz erenköylülərlə əl-ələ verib yunanların hücumlarına qarşı qəhrəmanlıq dastan nümayiş etdirdilər. Kipr türk xalqı bu müqavimətlə hücumlara boyun əymədi və heç vaxt əsarətə düşməyəcəklərini bütün dünyaya göstərdi. Kipr Türk xalqının adada varlığının davamı üçün gənclərimizin göstərdiyi bu fədakarlıqdan alınacaq çox mühüm dərslər var.
Bu günlərə Kipr Türk xalqının əzmkar mübarizəsi və müqaviməti ilə gəldiyimizi anlamaq və gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur. Şanlı Erenköy Müqavimətinin 60-cı ildönümündə başda Şəhid Kapitan Cengiz Topel olmaqla bütün şəhidlərimizi rəhmət, qazilərimizi isə hörmətlə yad edirəm”, - deyə qeyd edib.
Qadir, Bizimyol.info






