Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident Ersin Tatar Kipr Türklərini Olimpiadalarda təmsil edən idmançı Buse Savaşkanı qəbul edib
Prezident Ersin Tatar Kipr Türklərini Olimpiadalarda təmsil edən idmançı Buse Savaşkanı qəbul edib

Prezident Ersin Tatar "Paris 2024" Olimpiya Oyunlarında qadınlar arasında hündürlüyə tullanma üzrə finalda Türkiyə adından yarışan Kipr türk idmançısı Buse Savaşkanı qəbul edib.

Bizimyol.info xəbər verir ki, Prezidet Aparatından verilən açıqlamaya görə, qəbulda çıxış edən Tatar, əldə edilən uğurun gənclər üçün ilham olduğunu ifadə edərək, Kipr Türk xalqının belə idmançılarla qürur duyduğunu vurğulayıb.

Prezident Tatar, Prezident iqamətgahında keçirilən "Buse Savaşkanın final matçını izləmə tədbiri"nə toxunaraq, embarqolara baxmayaraq Buse Savaşkanın Türk Milli Komandasında olmasının və Kipr Türklərini Olimpiadalarda təmsil etməsinin böyük uğur olduğuna diqqət çəkib. Savaşkanın seçmə mərhələsindəki mübarizəsini böyük qürurla izlədiyini bildirən Tatar, Buse Savaşkanı, məşqçisini, ailəsini və tərəfdarlarını özü və xalqı adından təbrik edib, ona uğurlarının davamlı olmasını arzulayıb.

Buse Savaşkan onlara verdikləri dəstəyə görə təşəkkür edib və qürur duyduğunu bildirib. Savaşkan Şimali Kipr Türk Cümhuriyyətini orada təmsil etməyin və bu nailiyyətləri yeni nəsillərə ötürməyin şərəf olduğunu vurğuladı və ona dəstək olan bütün komandasına təşəkkür etdi.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »