Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniya kiberməkanda Rusiya, Çin, KXDR və İranı əsas problemlər adlandırıb
Britaniya kiberməkanda Rusiya, Çin, KXDR və İranı əsas problemlər adlandırıb

Rusiya, Çin, eləcə də Koreya Xalq Demokratik Respublikası (KXDR) və İran kibertəhlükəsizlik sahəsində Böyük Britaniya üçün əsas problemlərdən birinə çevrilib.

Bizimyol.info xəbər verir ki, bu açıqlama ilə Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzinin baş direktoru vəzifəsini icra edən Felisiti Osvald çıxış edib.

“Bizim üzləşdiyimiz kibertəhlükələr bütün dünya üzrə cinayət qruplarından, o cümlədən Rusiyadan, eləcə də ayrı-ayrı dövlətlərdən gəlir. Biz Milli Kibertəhlükəsizlik Mərkəzində əsasən dörd böyük dövlətdən danışırıq: təbii ki, bunlar Çin, Rusiya, İran və Şimali Koreyadır”, - deyə o, Yaponiyanın Nikkei Asia nəşrinə müsahibəsində bildirib.

Osvaldın sözlərinə görə, Britaniya hakimiyyətinin kibertəhlükəsizlik sahəsində ən böyük narahatlığı Çinin yanaşmasıdır. O, 2023-cü ilin may ayında "Volt Typhoon" qrupundan olan çinli hakerlər tərəfindən həyata keçirildiyi iddia edilən ABŞ-ın kritik infrastrukturuna hücumları “Çin niyyətlərinin həyəcan verici eskalasiyası” adlandırıb.

Milli Kibertəhlükəsizlik Mərkəzi Britaniyanın elektron kəşfiyyat xidmətinin - ABŞ Milli Təhlükəsizlik Agentliyinin analoqu olan Hökumət Rabitə Mərkəzinin bir hissəsidir.

Dı hallandırılan ölkələr haker hücumlarında iştirakla bağlı ittihamları dəfələrlə rədd ediblər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »