Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qarabağda yaşayan insanların məşğulluğunu təmin edəcək infrastruktur lahiyələri həyata keçirilir""
"Qarabağda yaşayan insanların məşğulluğunu təmin edəcək infrastruktur lahiyələri həyata keçirilir""

“Xatırlayıram ki, cənab prezident hər bir görüşündə, hər bir məcburi köçkünlə ünsiyyətində onlara əminliklə bildirirdi ki, “zaman gələcək siz öz yurd-yuvanızda olacaqsınız. Mən özüm də məcburi köçkün olaraq həmin günləri gözləyirdim. Və nə vaxtsa doğma torpaqlarımıza qayıdacağımıza inanırdım. Bu həsrəti mənim kimi minlərlə insan yaşayırdı”…

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Ramiz Alıyev danışıb. Politoloq bildirib ki, Azərbaycanın 1 milyondan artıq məcburi köçkün və qaçqını var, bu gün onlar öz "ev"lərinə qayıdırlar.

Ramiz Alıyev Ramiz Alıyev

“Bu gün köç edən insanlar öz yurd-yuvalarına yerləşdiriliblər. Digər vətəndaşlarımız da öz növbələrini gözləyir və istəyirlər ki, tez bir zamanda öz evlərinə qayıtsınlar. Burada əsas məsələ, dövlətimizin tarixi torpaqlarımıza köç edən vətəndaşlarımız üçün yaratmış olduğu şəraitdir. Dövlətimiz həmin vətəndaşlarımızı ora köçürtməklə yanaşı, mütləq şəkildə onların yaşayışını təmin edəcək. Orada yaşayan insanların məşğulluğunu təmin edəcək infrastruktur lahiyələri həyata keçirilir. Özəl şirkətlər də yeni filiallarını açırlar ki, orada olan insanların məşğulluğu da öz həllini tapsın. Bu, hər dövlətə hər xalqa məxsus olan məsələ deyil. Biz ona görə çox xoşbəxtik ki, bizim xalqımız da qədir biləndir. Bizim özəl sektorda çalışan şirkətlərimiz də vətənpərvər insanların rəhbərlik etdiyi şirkətlərdir.

Hazırkı hakimiyyətdə təmsil olunan şəxsləri və cənab prezidentimizi xalqımız sevir, dəstəkləyir və Ali Baş Komandanın verdiyi sözə heç zaman şübhə ilə yanaşılmır. Çünki ölkə başçısı Azərbaycan xalqının seçdiyi, sevdiyi liderdir və hər zaman öz xalqının mənafeyi üçün lazımi addımları atır. Bunu sözlə demək də kifayət etməz. Biz öz əməlimizdə də prezident İlham Əliyevin yanında olmalıyıq ki, onun başlatdığı bu qürurverici addımlar inamla davam etdirsin və bütün keçmiş məcburi köçkünlərimiz öz yurd yuvalarına qayıda bilsin”-deyə Ramiz Alıyev vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »