Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aİ altı rus və ukraynalı hakerə qarşı sanksiya tətbiq edib
Aİ altı rus və ukraynalı hakerə qarşı sanksiya tətbiq edib

Avropa İttifaqı (Aİ) təşkilatın üzvü olan ölkələrə qarşı kiberhücumlarda iştirak etdiyi iddia edilən altı rusiyalı və ukraynalı hakerə qarşı sanksiyalar tətbiq edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Avropa İttifaqının rəsmi jurnalında dərc olunan Aİ Şurasının qətnaməsində deyilir.

“Şəxs və təşkilatların qara siyahısına 6 nəfər daxil edilib. Bu şəxslər Avropa İttifaqı və ya onun üzv dövlətləri üçün təhlükə yaradan əhəmiyyətli miqyasda kiberhücumlara görə məsuliyyət daşıyırlar”, - bəyanatda deyilir.

Siyahıya Rusiya FSB ilə əməkdaşlıq etməkdə ittiham olunan 4 Rusiya vətəndaşı və 35-51 yaş arası iki Ukrayna vətəndaşı daxildir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »