Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BTMB təşkilatçılığı ilə III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirilir - Video
BTMB təşkilatçılığı ilə III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirilir - Video

Elmlər Akademiyasının qarşısında Beynəlxalq Türk Müəllifləri Birliyinin (BTMB) təşkilatçılığı ilə III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirilir.

Festivalda müxtəlif nəşriyyatlar, o cümlədən yazıçılar öz kitablarını nümayiş etdirirlər. Sərgi iştirakçılarının Bizimyol.info xəbər portalına verdiyi məlumatda bildirilir ki, sərgi may ayının 31-dək davam edəcək. Yüksək endirim kampaniyalarının olduğu kitab sərgisində türk tarixi və ədəbiyyatı barədə kitablara üstünlük verilib. Türkoloq yazıçı və müəllimlər kitabların təqdimatında iştirak ediblər.

Məlumat üçün qeyd edək ki, festival Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, AMEA, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TİKA və başqa qurumların dəstəyi ilə təşkil olunub.

Həmçinin, AMEA-nın parkında (Hüseyn Cavid prospekti) festivalın hər günü bir ölkəyə – Azərbaycan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinə həsr olunacaq.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »