İlon Maskın 2018-ci ildə kosmosa göndərdiyi idman avtomobilinin hazırkı yeri orbitə buraxıldığı ildən bəri maraq mövzusu olub.
Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, Elon Musk tərəfindən qurulan Amerika kosmik nəqliyyat şirkəti "SpaceX" 6 il əvvəl qırmızı rəngli "Tesla"nı kosmosa göndərib.
"Roadster" adlı avtomobil hazırda kosmosun dərinliklərində uçur.
Elon Mask 6 fevral 2018-ci ildə "Falcon Heavy" raketi ilə "Tesla Roadster" idman avtomobilini kosmosa göndərib
Maşın raketə quraşdırılıb və sürücünün oturacağında astronavt paltarı geyinmiş “Ulduz adamı” adlı kukla əyləşib.
Ümumi çəkisi 1360,78 kq olan avtomobil və onun dummisi gələcək missiyalarda Marsa ağır yüklərin göndərilə biləcəyini göstərmək məqsədi daşıyırdı. Elon Musk kosmosda yeni bir şeyin baş vermə ehtimalını ilhamlandırmaq istədiyini söyləyib.
Maşın 2018-ci ildə kosmosa buraxılandan bəri onun harada olduğunu öyrənmək marağa çevrilib
"Roadster" 557 gündə bir nizamsız orbitdə Günəş ətrafında dövr edir. NASA-nın məlumatına görə, bu orbit texniki cəhətdən bir neçə milyon il ərzində sabit qalacaq, lakin günəş və kosmik radiasiya və mikrometroid effektləri zamanla maşını məhv edəcək.
Toronto Universitetində astrofizik Hanno Reynin proqnozlarına görə, "Roadster"; Yerə, Veneraya və ya Günəşə çarpacaq. Yaxın 15 milyon il ərzində Yerlə toqquşma ehtimalı 22%, Venera və ya Günəşlə toqquşma ehtimalı isə 12% təşkil edir.
Avtomobilin yerini real vaxt rejimində izləmək mümkündür
Avtomobilin dəqiq yerini canlı olaraq NASA məlumatlarından istifadə edərək yeri izləyən "whereisroadster.com" saytında izləyə bilərsiniz. Məsələn, hazırda o, Yerdən 90.828.196 km, Marsdan 349.813.204 km və Günəşdən 161.386.075 km məsafədədir.
Maşın buraxıldığı gündən bəri Günəş ətrafında təqribən 4,0885 orbiti tamamlayıb və Yerin bütün yollarını 78 dəfə qət edib.
Qadir, Bizimyol.info






