Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Paşinyan Azərbaycanın 4 kəndini sülh yolu ilə qaytarmaq istəyir, Ohanyan döyüşməyə çağırış edir"
"Paşinyan Azərbaycanın 4 kəndini sülh yolu ilə qaytarmaq istəyir, Ohanyan döyüşməyə çağırış edir"

Ermənistanın baş naziri Nikol Paşinyan qeyd edib ki, Ermənistan hökuməti Tavuş vilayətində bir kəndi də Azərbaycana vermək fikrində deyil. “Sülh proqramımızla bağlı... bizi çox danlayırlar, çoxlu yalanlar deyirlər. Yeri gəlmişkən, bütün mətbuatda və müxalif siyasətçilərin çıxışlarında ən bariz yalan Ermənistan hakimiyyətinin Tavuş rayonunun 4 kəndini Azərbaycana verməsi barədə bəyanatlardır. Amma bu söhbətin reallıqla heç bir əlaqəsi yoxdur”-deyə Paşinyan qeyd edib. Baş nazir bildirib ki, Ermənistan Respublikasında heç vaxt Qızılqaclı, Hayramlı, Aşağı Əskipara, Bağanıs Ayrım adında kənd olmayıb. Paşinyan əlavə edib ki, rəhbərlik etdiyi hökumətin adıçəkilən kəndlərin ərazilərinə heç vaxt iddiası olmayıb və yoxdur.

Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, son dövrün ən qızğın mövzularından biri həmin 4 kəndin Azərbaycana verilməsi, qaytarılması məsələsidir. Bu haqda Paşinyan öz çıxışlarında dəfələrlə bəyan edib. Eyni zamanda Tavuş bölgəsinə gələrək, orada yerli əhali ilə görüşərək bildirib ki, həmin kəndlər Azərbaycanındır və Azərbaycana qaytarılmalıdır.

Politoloq Elşad Həsənov Elşad Həsənov

“Orada da müəyyən gərgin söhbətlər olub. Çünki ora gəlib sahiblənən ermənilər var. Gəlib orada özlərinə böyük sahələr götürən ermənilər var, bəziləri oradan çıxmaq istəmirlər. Bundan əlavə həmin yerə Tavuşa keçmiş müdafiə naziri Seyran Ohanyan gəlib, orada yerli əhali ilə görüşərək torpaqları verməməyə çağırıb. O “lazım gələrsə döyüşərik”-deyə ifadə işlədib. Bu mövzu çərçivəsində özlərinə siyasi xal qazanmaq istəyən qüvvələr də var. Ancaq Paşinyan bildirdi ki, bu kəndlər heç vaxt bizim olmayıb. Bunlar Azərbaycanındır.

Qızıl Hacılıda bu gün də heç kəs yoxdur. Ora Azərbaycanındır. Bu gün onu da demək lazımdır ki, artıq bizim sərhəd qoşunları həmin Qızıl Hacılı kəndinə yerləşiblər. O biri kəndlər də yaxın günlərdə veriləcək. Çünki sonuncu 7-ci görüş Ermənistanın baş nazirinin müavini və Azərbaycan baş nazirin müavini Şahin Mustafayevlə görüşdən sonra bu məsələ daha da aktuallaşıb. Bu kəndlər yaxın zamanlarda, yaxın günlərdə veriləcək”-deyə politoloq bildirib.

Elşad Həsənov vurğulayıb ki, qalan 4 kəndimiz anklavda olan kəndlərdir. Ermənilərin bizdə olan Gədəbəyin Başkəndi haqqında da diplomatik söhbətlər aparılır.

“Danışıqlar aparılacaq. Ola bilsin ki, həmin kəndlərin əraziləri mübadilə olunacaq dəyişdiriləcək. Yəni o ərazi qədər Ermənistan bizə hardasa ərazilər verəcək. Bu haqda ikinci bir söhbət ola bilməz. Ancaq bu gün vəziyyət elədir ki, sülh danışıqlarına Ermənistanla Azərbaycan arasında gedən sülh proseslərinə ziyan vurmaq istəyən qüvvələr var. Ermənistanda "saxta" millətçi hisslər yaratmaq istəyənlər var. Hazırda Paşinyanın apardığı siyasət odur ki, “bizim olmayanı biz verməliyik ki, bizim olanı əlimizdən almasınlar”. Bu da onlar üçün prioritet məsələdir”-deyən politoloq bildirib ki, yaxın günlərdə həmin bu 4 kənd qaytarılacaq.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »