"Sevgililər günü"nün 16 əsrdən daha qədim olduğuna inanılır. Əslində sevgi bayramları daha qədim dövrlərdən - qədim bütpərəst mədəniyyətlərin dövründən bəri məlumdur. Məsələn, romalılar fevralın ortalarında məhəbbət ilahəsi Juno Februatanın şərəfinə Lupercalia adlı erotizm festivalını qeyd edirdilər. 14 fevralın isə, xüsusi bir "səbbəkarı" var - xristian keşiş Valentin...
Bu hekayə təxminən 269-cu ilə, İmperator II Klavdinin Roma İmperiyasını idarə etdiyi vaxta gedib çıxır. Döyüşən Roma ordusu hərbi yürüşlər üçün kəskin əsgər çatışmazlığı ilə üzləşdi. Hərbi lider əmin idi ki, onun "Napoleon" planlarının əsas düşməni evlilikdir, çünki evli bir legioner imperiyanın şöhrəti haqqında daha az düşünür. O əsgərlərində hərbi ruhu qorumaq üçün imperator legionerlərin evlənməsini qadağan edən fərman verdi. Ancaq bu, əsgərləri daha az sevməyə məcbur edə bilmədi. Bu zaman onların xoşbəxtliyinə görə, imperiya qəzəbindən qorxmadan legionerləri gizli şəkildə sevgilisi ilə evləndirən bir adam tapıldı. O, Romanın Terni şəhərindən olan Valentin adlı bir keşiş idi. O, əsl romantik idi, çünki onun sevimli məşğuliyyəti mübahisə edənlər barışdırmaq, sevgi məktubları yazmağa kömək etmək, legionerlərin istəyi ilə onların ehtiras obyektlərinə güllər vermək idi. Təbii ki, imperator bundan xəbər tutan kimi onun bu fəaliyyətini dayandırmaq qərarına gəldi. Valentin edam cəzasına məhkum edildi. Vəziyyətin faciəli tərəfi o idi ki, Valentin həbsxana rəisinin qızına aşiq idi. Edamdan bir gün əvvəl keşiş qıza vida məktubu yazdı, burada sevgisindən danışdı və ona "Sənin sevgilin" imzasını atdı. Məktub o, edam edildikdən sonra oxundu.
Sonradan Valentin Katolik Kilsəsi tərəfindən müqəddəsləşdirildi. Və 496-cı ildə Papa I Gelasius 14 fevralı Sevgililər Günü elan etdi. 1969-cu ildən etibarən, ibadət islahatı nəticəsində Müqəddəs Valentin Katolik Kilsəsinin liturgik təqvimindən çıxarıldı. Qərbi Avropada Sevgililər Günü 13-cü əsrdən, ABŞ-da 1777-ci ildən geniş şəkildə qeyd olunmağa başladı.
Yaponiyada bu gün şirniyyat vermək ənənəsi böyük bir şokolad istehsal edən şirkətin təklifi ilə ortaya çıxdı. Sevgililər Günü orada 1930-cu illərdə qeyd olunmağa başlanıb və bu günə qədər şokolad ən çox yayılmış hədiyyə olaraq qalır. Yeri gəlmişkən, orada Sevgililər Günü bir az “kişilər üçün 8 Mart”ı xatırladır, çünki yapon kişiləri, bəlkə də, qadınlardan daha çox hədiyyələr alırlar.
Ehtiraslı fransızlar adətən Sevgililər Günündə zinət əşyaları verirlər, romantik Danimarkada insanlar bir-birinə qurudulmuş ağ çiçəklər göndərirlər.
Britaniyada fevralın 14-də subay qızlar günəş çıxmamış ayağa qalxır, pəncərənin yanında dayanıb, yoldan keçən kişilərə baxırlar. Rəvayətə görə, ilk gördükləri kişi onların nişanlısı olacaq.
Dünyada elə ölkələr var ki, onlar Sevgililər Gününü qeyd etmir. Bu ölkələr arasında ilk yeri Səudiyyə Ərəbistanı tutur ki, bu ölkə dünyada bu bayramın... rəsmi olaraq qadağan edildiyi yeganə ölkədir və ağır cərimələrin acısı altındadır.
Azərbaycanın sevgililər günü, rəsmi olmasa da, 30 iyundur - İlham və Fərizənin toy günü… Bu seçim də nə qədər doğrudursa...
İlahin, Bizimyol.info






