Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkitədə 5,1 bal gücündə zəlzələ baş verib
Türkitədə 5,1 bal gücündə zəlzələ baş verib

Bu gün saat 08.19-da Türkiyədə episentri Egey dənizindəki Kuşadası körfəzi ərazisində qeydə alınan zəlzələ baş verib.

Bizimyol.info xəbər verrir ki, bu barədə Fövqəladə Halların İdarə Edilməsi Agetliyi (AFAD) məlumat verib.

Bildirilir ki, İzmirin Menderes mahalı sahillərindən 5,42 kilometr aralıda, 8,51 kilometr dərinlikdə olan zəlzələ qısamüddətli panikaya səbəb olub. Zəlzələ Manisa ilə yanaşı İzmirdə də hiss olunub.

İlkin təsbitlərə görə, zəlzələdə heç bir mənfi təsir yaşanmayıb və axtarış-xilasetmə qrupları bölgədə xidmətə səfərbər ediliblər.

İzmir valisi Süleyman Elban sosial media hesabında bunları deyib: "Mərkəzi Kuşadası Körfəzi - Menderesdə saat 08.19-da baş verən 5,1 bal gücündə zəlzələ ilə bağlı valiliyimizə heç bir mənfi xəbər bildirilməyib".

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »