Fransa Prezidenti Emmanuel Makron Ukraynaya dəstək üçün "istəklilər koalisiyası" ölkələrinin dövlət və hökumət başçılarının görüşünün iyulun 13-də keçiriləcəyini elan edib.
"Report" xəbər verir ki, bu barədə o, Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.
Makronun sözlərinə görə, görüşə koalisiyada iştirak edən, Aİ üzvü olan-olmayan bütün ölkələr dəvət edilib. O qeyd edib ki, koalisiya gələcəkdə Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsində rol oynaya bilər.
Fransa Prezidenti bildirib ki, Aİ liderləri Ukraynaya dəstəyi, o cümlədən hərbi yardımı, enerji infrastrukturunun bərpasını və hazırlanan 21-ci sanksiyalar paketi çərçivəsində Rusiyaya qarşı sanksiya təzyiqinin gücləndirilməsini təsdiqləyiblər.
O həmçinin qeyd edib ki, Ukrayna hərbi qulluqçuları iyulun 14-də Bastiliyanın alınması günü münasibətilə Parisdə keçiriləcək hərbi paradda iştirak edəcəklər.






