Şimali Kipr Türk Respublikasının (ŞKTC) xarici işlər naziri Tahsin Ərtuğruloğlu, Kipr probleminin tərifinin “Yunan tərəfinin “Kıbrıs Respublikası” olaraq tanınması” olduğunu vurğulayıb; “Kipr probleminin həlli haqqında bir tərif verilmədikcə və müvafiq tərəflər bu tərifdə razılığa gəlmədikcə, məsələnin həllindən danışmaq heç vaxt real deyil”,- deyib.
Bizimyol.info xəbər verir ki, kiprli yunanların digər ölkələrin dəstəyi ilə bu nüfuzdan Kipr türklərinə qarşı düşünmədən istifadə etdiyinə diqqət çəkən Ərtoğruloğlu, enerji məsələsinin də onlardan biri olduğunu söyləyib.
Ertuğruloğlu, Kipr problemi ilə bağlı hər hansı bir məsələnin müzakirə edildiyi zaman, problemin altında yatan gizlinlərin “Yunan tərəfinin “Kıbrıs Respublikası” kimi tanınması olduğunu” qeyd edib: “Kipr türk xalqının yaşadığı bütün problemlərin, üzləşdiyi bütün maneələrin və məruz qaldıqları embarqoların əsası, heç bir real, hüquqi, həmçinin, tarixi əsas olmadan Kipr Rum tərəfinin ədalətsiz olaraq Kipr Respublikası kimi tanınmasıdır”, - deyə Ertuğruloğlu Kipr Türk Ticarət Palatasında keçirilən “Şərqi Aralıq dənizi Enerji Zirvəsi”ndə çıxışında bildirib.
"Mavi Vətən"in enerji qaynaqları ilə bağlı keçiriləcək tədbirdə bu coğrafiyadakı karbohidrogen yataqları ilə bağlı ekspertlərin qiymətləndirmələrinin təbii ki faydalı olacağını qeyd edən Ərtoğruloğlu, məsələnin siyasi müstəvisi ilə bağlı fikirlərini çatdıracağını bildirib. Hadisələri realist qiymətləndirməyə üstünlük verən bir insan olduğunu bildirən Ərtoğruloğlu: “Simpoziumun əsas mövzusunu Kipr məsələsini dünyanın siyasi ölçüsü ilə dəyərləndirməsək, real mənzərə ilə qarşılaşmayacağımız aydındır”, - deyib.
Xarici işlər naziri Ərtoğruloğlu, Yunan tərəfinin "Kıbrıs Respublikası" olaraq tanınması səhvinin davam etdiyi müddətcə heç bir məsələni rəvan həll edə bilməyəcəklərini ifadə edərək, Yunan tərəfinin eyni - digər məsələlərdə olduğu kimi enerji ilə bağlı da sülhü yaşaya bilməməsinin böyük əhəmiyyət daşıdığını ifadə edib. Ərtuğruloğlu, Kiprli Rumların digər məsələlərdə də Kipr türklərini mümkün olduğu qədər çətin vəziyyətə saldığını və bunun ən əsas nümunəsinin nəqliyyat olduğunu qeyd edib: “Beləliklə, ən əsas yanaşma ŞKTC və Türkiyənin kənarlaşdırılacağı və ya diqqətdən kənarda qalacağı hər hansı bir ssenari cəhdində heç vaxt uğur qazanmamaq olmalıdır”,- deyib.
BMT baş katibinin gələn həftə adada təmaslarına başlayacaq şəxsi nümayəndə təyin etdiyini xatırladan Ərtoğruloğlu, nümayəndənin vəzifəsini açıqlayıb; O bildirib ki, Türkiyə və Yunanıstan tərəflərinin bu məsələdə fərqli yanaşmalar var.
Ərtoğruloğlu Yunan tərəfinin 2017-ci ildə Krans Montanada dayandırılmış danışıqlar prosesinin davam etdirilməsi və federasiya ortaqlığının yaradılması üçün danışıqlara başlamasının əsas olduğunu şəxsi nümayəndədən eşitmək istədiyini qeyd edib və bunu tənqid edib. Kipr Türk tərəfi üçün isə Krans Montana prosesinin çökməsindən sonra federasiya səhifəsinin bağlandığını qeyd edən Ərtoğruloğlu: “Eyni şeyləri təkrarlayaraqla fərqli nəticələr gözləmək sadəlövhlük olardı. Ona görə də federal ortaqlıq kimi ortaqlıq yoxdur”, - deyib.
Xarici işlər naziri Tahsin Ərtoğruloğlu 6 ay ərzində şəxsi nümayəndəyə verdikləri təsdiqin yeni dövlət siyasətlərində hər hansı bir dəyişiklik demək olmadığını bildirib və xülasə olaraq: “İki tərəf arasında yaranmış status bərabərsizliyi Kipr məsələsində daimi razılığın əldə olunmamasının yeganə səbəbidir. İki köhnə tərəfdaşın yeni tərəfdaşlıq qurması və vahid dövlət yaratması ehtimalı indi tamamilə aradan qaldırılıb. Gələcək iki suveren və bərabərhüquqlu dövlətin mehriban qonşuluq münasibətlərində mövcudluğunu davam etdirməsindədir”, - deyə qeyd edib.
BMT Təhlükəsizlik Şurasının qətnamələrini “köhnəlmiş və etibarsız” olaraq xarakterizə edən Ərtoğruloğlu, BMT-nin Kipr məsələsinə yanaşmasının, Kipr Türk tərəfinin federasiya tezisindən razılığını geri götürdüyünü əks etdirmək üçün yenilənməsi lazım olduğunu vurğulayıb.
Ertuğruloğlu: “Əks halda Yiğitler-Pile yolunda ortaq zəmin belə yaratmayan BMT-nin şəxsi nümayəndəsinin ortaq nöqtə axtarışı vaxt itkisi olacaq. Şəxsi nümayəndənin səlahiyyət müddətinə “6 ay azdır, müddəti uzadaq” yanaşması onların intellektini ələ salan yanaşmadır”,- deyib.
Qadir, Bizimyol.info






