Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin Malatya bölgəsində zəlzələ olub
Türkiyənin Malatya bölgəsində zəlzələ olub

Türkiyənin Malatya bölgəsinin Battalgazi rayonunda 5,2 bal gücündə zəlzələ baş verib.

Fövqəlarə Halların İdarə Edilməsi Agetliyindən (AFAD) verilən açıqlamada zəlzələnin saat 16.04-də baş verdiyi bildirilir. Zəlzələnin ocağı yerin 13.93 kilometr dərinliyində olduğu qeyd edilib.

Geologiya Mühəndisi Prof.Dr.Fevzi Bingöl “6 fevralın təkrar zəlzələ dalğaları yaşanır. Bu zəlzələ ilkin zəlzələ deyil. Bu bölgədə çoxlu qüsurlar var. Belə afterşoklar davam edəcək”, - deyə qeyd edib.

Malatya valisi Ersin Yazıcı verdiyi açıqlamada: “5,2 bal gücündə zəlzələ baş verdi. Biz də bunu hiss etdik. İndiyədək 112 xidmətinə heç bir neqativ xəbər daxil olmayıb. Hazırda ciddi ziyan dəymiş binaların sökülməsində yüzdə 83%-ə çatmışıq. Vətəndaşlarımız ağır zədələnmiş binalardan uzaq durmalıdırlar.Belə zəlzələlər zamanı ciddi ziyan dəymiş binalar uça bilər”, - deyə qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »