Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ŞKTC Prezidenti Ersin Tatar: "Türk milləti arxamızdadır, Aralıq dənizində Türk dövləti kimi yaşayacağıq"
ŞKTC Prezidenti Ersin Tatar: "Türk milləti arxamızdadır, Aralıq dənizində Türk dövləti kimi yaşayacağıq"

Prezident Ersin Tatar Cənubi Kiprdə akkreditə olunmuş İngiltərə Ali Komissarı İrfan Sıddıkın “Şimali Kpir Türk Respublikasını (ŞKTC) heç vaxt tanınmayacağı” iddiasına: "Britaniya Ali Komissarının bizim daxili işlərimizə qarışmağa haqqı yoxdur. Türk millətinin kifayət qədər gücü var", - deyə reaksiya verib.

Bizimyol.info xəbər verir ki, Prezident Tatar Anadolu Agentliyinə verdiyi açıqlamasında Cənubi Kiprdə akkreditə olunmuş İngiltərə Ali Komissarı Sıddıka cavab verib.

Prezident Ersin Tatar “ŞKTC heç vaxt tanınmayacaq” deyən Sıddıkın Kipr türklərinə və ŞKTC rəhbərliyinə nə nəsihət, nə də məsləhət verəcək vəziyyətdə olmadığını qeyd edib.

Sıddıkın açıqlamalarının Şərqi Aralıq dənizində tarazlığı İngiltərənin xeyrinə pozmağa yönəldiyinə diqqət çəkən Tatar: "İngiltərə Ali Komissarının daxili işlərimizə qarışmağa haqqı yoxdur. Türk milləti arxamızdadır. Federasiya ilə bağlı geri dönüş olmayacaq və ŞKTC Şərqi Aralıq dənizindəki Mavi Vətəndə mövcud olan bir Türk dövləti olaraq əbədi yaşayacaq və heç kim bunun qarşısını ala bilməyəcək”, - deyə qeyd edib.

Prezident Tatar Ali Komissar Sıddıkın açıqlamalarını şiddətlə qınayıb və indiyə qədər etdikləri kimi bundan sonra da vətəni Türkiyə ilə yollarına davam edəcəklərini bildirib.

Prezident Ersin Tatar Cənubi Kiprlə danışıqlara başlamaq üçün ilkin şərtlərin suveren bərabərlik və bərabər beynəlxalq status olduğunu bir daha vurğulayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »