Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Erməni lobbisi və Ermənistanın baş naziri hakimiyyət dairələrinə təsir edərək, müqavilənin bağlanmasını yubadırlar"
"Erməni lobbisi və Ermənistanın baş naziri hakimiyyət dairələrinə təsir edərək, müqavilənin bağlanmasını yubadırlar"

“Ermənistan Azərbaycanla sülh müqaviləsinin uzadılmasını əslində vaxt qazanmaq və müəyyən çirkin məqsədləri həyata keçirmək üçün yubandırır. Burada sərhədlərin müəyyən olunması və xəritələrin ortaya qoyulması bir arqument kimi irəli sürülür və Ermənistan xüsusilə bu məsələdə 70-ci illərin xəritələrinə üstünlük verir. Bu, yanlış yanaşmadır. Beynalxalq normalara ziddir. Çünki 18 ildə İrəvan şəhəri və İrəvan torpağı rusların bilavasitə vasitəsilə Ermənistana verilib. Yeni bir dövlət yaradılıb. 18-ci ildən sonra Zəngəzur Ermənistana verilib. Sonrakı illərdə də müəyyən qədər Azərbaycan torpaqları Ermənistana verilib”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Tahir Rzayev danışıb. Deputat qeyd edib ki, bugün sərhədlər müəyyən olunarkən sözsüz ki, ilkin sənədlərə müraciət olunmalıdır.

Tahir Rzayev Tahir Rzayev

“Ölkə rəhbəri bu günlərdə yerli televizya nümayəndələrinə müsahibə verərkən, bu məsələlər üzərində xeyli dayandı və problemləri aydın şəkildə açıqladı. Bildirdi ki, “biz Ermənistanla sülh müqaviləsinin bağlanmasına hazırıq, lakin çox təəssüflər olsun ki, Ermənistana havadarlıq edən dövlətlər, erməni lobbisi və Ermənistanın baş naziri hakimiyyət dairələrinə təsir edərək, müqavilənin bağlanmasını yubadırlar və müəyyən bəhanələr irəli sürürlər. Burada sözsüz ki, bu xəritələrin müəyyən olunması, sərhədlərin müəyyənləşdirilməsi ön plana çəkilir və Ermənistan baş naziri başda olmaqla, onlar da 70-ci illərin xəritələrini əsas kimi götürmək fikrindədirlər. Ancaq cənab prezident İlham Əliyev müsahibəsində bir daha aydın şəkildə bildirdi ki, bu xəritələrin nəzərə alınması mümkün deyil. Biz əvvəlki xəritələri mütləq nəzərə almalıyıq, Azərbaycanın müstəqilliyi tam təmin olunub və onun ərazi bütövlüyü də dəqiqləşdirilməlidir.

Müsahibədə Zəngəzur dəhlizinin açılması, eləcə də Qərbi Azərbaycanda yaşayan insanların öz ata-baba yurdlarına qayıtması məsələləri və digər bir çox vacib məsələlərə toxunulmuşdur. Ölkə rəhbəri bildirmişdi ki, 20 sentyabrdan sonra Azərbaycan yeni bir dövrə qədəm qoymuşdur. Sözsüz ki, o müstəqilliyimizin tam bərpa edilməsini, erməni faşistlərinin Azərbaycan torpaqlarından tamamilə çıxarılmasını və gələcək perspektivləri nəzərdə tutur. O perspektivləri ki, bu gün işğaldan azad olmuş ərazilərdə möhtəşəm tikinti, abadlıq və quruculuq işləri gedir. Artıq insanlar öz doğma yurdlarına qayıdırlar. Füzulidə, Zəngilanda, Laçında məskunlaşırlar. Bu ilin əvvəlindən başlayaraq Ağdama və Kəlbəcərə insanları köçürülməsi nəzərdə tutulur ki, bu proses aydan-aya sürətləndiriləcək. Prezident öz çıxışında qeyd edib ki, həmin ərazilərdə insanların yaşaması, işləməsi, fəaliyət göstərməsi üçün hər bir şərait var və bizim məqsədim vətəndaşların rifah halını durmadan yüksəltməyə xidmət edir”-deyə deputat əlavə edib.

Tahir Rzayev bildirib ki, bu, bir ali məqsəddir: "Ali məqsəd uğrunda mübarizə, sərhədlərimizin dəqiq müəyyənləşdirilməsini və ilkin xəritələr üzərində bu məsələnin həllini təmin edəcəkdir".

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »