Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
TFF prezidenti Mehmet Büyükekşi istefa verməyib
TFF prezidenti Mehmet Büyükekşi istefa verməyib

Səudiyyə Ərəbistanında yaşanan superkubok böhranından sonra TFF prezidenti Mehmet Büyükekşinin istefaya qərar verdiyi iddia edilib.

Bizimyol.info xəbər verir ki, məsələ ilə bağlı TFF rəsmiləri açıqlama verib.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən Superkubok matçı üçün meydana çıxmaqdan imtina edən "Fənərbaxça" və "Qalatasaray" İstanbula qayıtmaq üçün hərəkətə keçərkən, Türkiyə Futbol Federasiyası (TFF) prezidenti Mehmet Büyükekşi böhrandan sonra istefa verməyə hazırlaşığı barədə gəzən xəbərlərlə bağlı açıqlama verildi.

TFF rəsmiləri Mehmet Büyükekşinin istefa xəbərini təkzib edərək, bunun əsassız olduğunu bildiriblər.

Daha sonra Mehmet Büyükekşinin otağına çəkilərək xəstələndiyi öyrənilib. Otelə təcili yardım çağrılıb və sağlamlıq qrupları müayinə üçün Büyükekşinin qaldığı otağa gediblər.

Verilən məlumatda TFF prezidenti Mehmet Büyükekşinin səhhətinin çox yaxşı olduğu açıqlanıb.

Qeyd ediək ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda oynanılması nəzərdə tutulan Turkcell Superkuboku oyunu ləğv edilib.

Təşkilata ev sahibliyi edən Səudiyyə Ərəbistanı rəsmiləri TFF və klubların bu matç üçün xüsusi hazırladıqları Atatürk və Cümhuriyyət konseptual pankartları, köynəkləri, videoları və 100-cü il marşını "siyasi" hərəkət olduğunu hesab ediblər. TFF prezidenti Mehmet Büyükekşi səudiyyəlilər və iki klubun prezidentləri Dursun Özbek və Ali Koç ilə təşkilatçı tərəflə görüşüb və böhranı həll etməyə çalışıb. Səudiyyəlilər öz qərarlarında israr etdikdə Qalatasaray və Fənərbaxça klubları matçı oynamamaq qərarına gəlib və oyun ləğv edilib. Hər iki klubun futbolçuları və menecerləri səhər tezdən evlərinə qayıdıblar.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »