Prezident Ərdoğanın: "Nə Qəndil və Suriyadakı terror baronlarının, nə də bu satqınların cilovunu əlində tutanların bizi yolumuzdan döndərməsinə imkan verməyəcəyik. Biz heç vaxt meydanı sırf 3-5 səs almaq üçün separatçı satqınlara dəstək verənlərin öhdəsinə buraxmayacağıq".
Bizimyol.info xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Sabiha Gökçen hava limanının 2-ci uçuş-enmə zolağının açılış mərasimində çıxışı zamanı deyib.
"Terror hücumları ilə millətimizi parçalamaq planlarının raf ömrü bitdi. Türk, kürd, ərəb, ələvi və sünni... 85 milyonluq qardaşlığa qarşı heç bir cəhdə icazə verməyəcəyik", - deyə Prezidnt bildirib.
“Bir daha rüsvay olmaqdan və alçaldılmaqdan qaça bilməyəcəksiniz”
"Kim xain insanların əməllərindən sipər kimi istifadə edərək birliyimizə, sülhümüzə, həmrəyliyimizə hücum edirsə, o, terror məqsədlərinə xidmət edir. Xüsusilə gənclərimizdən bu məsələdə çox diqqətli olmalarını və yalançı çıxışlar edən təxribatçılara əsla inanmamalarını istəyirik və ümid edirik ki, gəncik bunu doğru dəyərləndirir.
Bizi terrorla qorxudacaqlarına inananlara bu xəbərdarlığı etməyi faydalı hesab edirəm: Siz son 21 ildə hər şeyi sınadınız, hər vasitəyə əl atdınız, amma mübarək səfərimizə mane ola bilmədiniz. Son 21 ildə dəfələrlə məyus olmusunuz. İnşallah yenə itirərsiniz. Bir daha rüsvay olmaqdan, xilas ola bilməyəcəksiniz", - deyə qeyd edib.
"Oyunlarınızı və kim olduğunuzu çox yaxşı bilirik"
Ərdoğan: "Biz sizin oyunlarınızı bilirik, ambisiyalarınızı bilirik, kim olduğunuzu çox yaxşı bilirik. Bunu heç vaxt unutma, sağ qaldıqca, nəfəs aldıqca, sevimli millətimizin dəstəyi bizimlə olduqca sizə qarşı mübarizəmizi davam etdirəcəyik. Terrorla yürüş edənlərə, terror təşkilatlarını alət edənlərə, Qəndildəki əclaflara iradəsini təslim edənlərə, sırf 3-5 səs almaq üçün separatçı xainlərə xidmət edənlərə heç vaxt meydanı buraxmayacağıq", - deyib.
“Terrorçu deməmək üçün 40 salto edənlərin maskasını açacağıq”
"Ölkə siyasətinin terrorla formalaşdığı köhnə Türkiyə indi keçmişdə qaldı. Yaşadıqca, sevimli millətimizin dəstəyi bizimlə olduqca sizə qarşı mübarizəmizi davam etdirəcəyik. Terrorçuları terrorçu adlandırmamaq üçün 40 cildə girənlərə və 40 fərqli maskaya bürünən siyasi buqələmunların maskasını açmaqda qərarlıyıq. Bu axşam gənclərimizlə bir araya gələndə bütün bu məsələlər haqqında çox daha ətraflı və daha açıq danışmaq imkanımız olacaq", - deyə Türkiyənin dövlət başçısı bildirib.
Qadir, Bizimyol.info






