Diplomatik mənbələrdən alınan məlumata görə, xarici işlər naziri Hakan Fidan bu gün (22 dekabr) Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla telefonla danışıb.
Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Ermənistan arasında sülh danışıqları müzakirə olunub.
Görüşdə xarici işlər naziri Fidan sülh sazişinin tezliklə imzalanmasının vacibliyini vurğulayıb.
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Rusiya daha əvvəl Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların növbəti raundunun çox yaxın vaxtlarda təşkilini təklif edib.
Eyni zamanda, o bildirib ki, Rusiya dekabrın 25-26-da Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitə MDB ölkələrinin bütün liderlərinə dəvət göndərib.
Nazirini müavini, həmçinin, MDB sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında sülh müqaviləsinin imzalanması məsələsini müzakirə etmək üçün mümkün üçtərəfli görüşün perspektivləri ilə bağlı proqnoz verməkdən yayınıb.
Qadir, Bizimyol.info






