Xarici işlər naziri Ərtoğruloğlu deyib ki, yunan barbarlığını və xalqımızın çəkdiyi ağrılı illəri unutmaq bizim üçün mümkün deyil.
Bizimyol.info xəbər verir ki, Xarici işlər naziri Tahsin Ərtoğruloğlu 21-25 dekabr Milli Mübarizə və Şəhidlər Həftəsi münasibəti ilə mesaj yayımlayıb.
Nazir Ərtoğruloğlu: "Bu gün Yunanların Kipri silah gücünə Yunanıstana birləşdirmək üçün hazırladıqları Akritas planına uyğun olaraq konstitusiya və hüquqlarımıza məhəl qoymadan Kipr türk xalqını tamamilə məhv etmək, Kipri Aralıq dənizində utanc adasına çevirmək məqsədi ilə başlanan vəhşi hücumların 60-cı ildönümüdür.
Kipr türk xalqı, silah və insan baxımından özlərindən qat-qat üstün bir qüvvə ilə planlaşdırılmış və təşkil edilmiş vəhşi Yunan hücumlarına qətiyyətlə müqavimət göstərdi. Kipri fəlakətə sürükləyən yunanların qanlı hücumlarını Ana Vətən Türkiyədən aldığı güclə dayandıran, canını, namusunu, suverenliyini qoruyan Kıbrıs Türk xalqı türk tarixinə yeni epik qəhrəmanlıqlar əlavə edib, Kiprin ilkin sahibi kimi öz dövlətlərini quraraq mövcud olmaq üçün mübarizəsinə tac qoyub", - deyə qeyd edib.
Ərtoğruloğlu deyib ki, o hadisələr bəşər tarixində qara ləkədir: "Tarixə "Qanlı Milad" adı ilə düşən Yunanıstanın amansız hücumları zamanı yaşadığımız torpaqların vətən olması üçün canlarını - ən qiymətli sərvətlərini fəda edən şəhidlərimizi, veteranlarımızı ehtiram və rəhmətlə yad edirəm", - deyib.
Qadir, Bizimyol.info






