Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
TBMM sədri Törə: “Şəhidlərimiz, qazilərimiz bu torpağı bizə hədiyyə etdilər”
TBMM sədri Törə: “Şəhidlərimiz, qazilərimiz bu torpağı bizə hədiyyə etdilər”

Şimali Kipr Türk Respublikası Məclisinin sədri Zorlu Töre 21-25 dekabr Milli Mübarizə və Şəhidlər Həftəsi münasibətilə videomüraciət yayıb.

Bizimyol.info xəbər verir ki, məclis sədri Töre mesajında: ​​“Şəhidlərimizin ruhu şad olsun, qazilərimizə Allah uzun ömür versin”,- deyib.

Cümhuriyyət Məclisinin sədri Zorlu Töre şəhid qanı ilə alınan torpaqları nə Amerikanın, nə Avropa İttifaqının, nə də başqalarının hədiyyə etmədiyini bildirib: “Bu, bizim mücahidlərimizlə Mehmetçiklərin mübarizəsi ilə əldə edilib”, -deyib.

Töre, 1963-cü il Qanlı Milad hücumlarının arxasında böyük ağrı və iztirablar buraxdığını söyləyib. O, 103 kəndin boşaldıldığını, minlərlə insanın qaçqın vəziyyətinə düşdüyünü və kütləvi qırğınlara məruz qaldığını vurğulayıb.

Bu günə qədər xalqının çətin günlərdən keçdiyini xatırladan Töre, açıqlamasını belə davam etdirib: “Çətin vaxtlar idi. Əgər Türkiyə özünün effektiv və faktiki qarantını işə salmasaydı, türk təyyarələri Lefkoşa üzərində uçmasaydı, Kipr rumları Lefkosiyanı tutana qədər hücumlarını davam etdirəcəkdilər. Kipr türk xalqı o vaxtdan bəri mübarizəsini davam etdirir.

4 mart 1964-cü ildə Kipr yunanları BMT-dən aldıqları icazə ilə qanuni bir quruluş əldə etdilər. Bizi Kipr Respublikasından çıxardılar. Kipr Respublikasından çıxarıldıqdan sonra öz idarəmizi qurmaq üçün mübarizə apardıq. Biz Müvəqqəti Türk İdarəsini, Muxtar Türk İdarəsini, Kipr Türk Federasiya İdarəsini və nəhayət, Şimali Kipr Türk Cümhuriyyətini elan etdik. Allaha şükür, bu gün rahatıq. Mücahidlərimizin davamı olan Təhlükəsizlik Qüvvələri Komandanlığı və Kipr Türk Sülh Qüvvələri Komandanlığı bizim üçün ən böyük təminatdır", - deyib.

Töre bildirib ki, gənclərin gələcəyə inamla baxmasının yolu Şimali Kipr Türk Cümhuriyyətinin davamını təmin etməkdən və Ana Vətən Türkiyəyə qucaq açmaqdan keçir.

BMT və AB-dən kömək ummağın düzgün olmadığını deyən spiker dünyanın sivil ölkələrinin Qəzzada baş verən soyqırımla bağlı səssiz qaldığını qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »