Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Türkiyədə olduğu kimi bizdə də şagirdlər üçün faydalı ənənəvi uşaq oyunları hazırlanmalıdır"
"Türkiyədə olduğu kimi bizdə də şagirdlər üçün faydalı ənənəvi uşaq oyunları hazırlanmalıdır"

Türkiyə Təhsil Nazirliyi Əsas Təhsil Baş İdarəsi tərəfindən bir çox ənənəvi uşaq oyunlarını yaşatmaq üçün işlərə başlanılıb. Məktəbəqədər, ibtidai və orta məktəb şagirdləri üçün 100 ənənəvi uşaq oyununun necə oynanılacağını özündə əks etdirən “100 üz-üzə uşaq oyunu” adlı bələdçi kitab və bu oyunlar haqqında videoçarxlar hazırlanıb. Məqsəd həm də, uşaqlar arasında ekran asılılığı və piylənmə kimi bir çox fərqli problemlə mübarizə aparmaqdır. Azərbaycan məktəblərində də belə layihələrin həyata keçirilməsi yaxşı olardı. Çünki bu gün Azərbaycan ailələrində də uşaqlar arasında ekran asılılığı var və virtual həyata maraq daha çoxdur. Bu da uşaqları həm psixoloji, həm də fizioloji baxımdan inkişafdan saxlayır.

Psixoloq Zeynəb Eyyubova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, uşaq oyunları öyrənmə və inkişafın ən təsirli vasitəsidir. Oyun zamanı uşaq bir çox şeyləri sınayır, xarici aləmi araşdırır, insanları müşahidə edir, qaydaları öyrənir, sərhədləri dərk edir, ünsiyyət qurmağa çalışır, ilkin bacarıqlarını inkişaf etdirir, xüsusiyyətlərini dərk edir və özünü təkmilləşdirir. Bu səbəbdən oyunlarla böyüyən uşaqlarımız özlərini ifadə etmə bacarığı qazanırlar.

Psixoloq Zeynəb Eyyubova Psixoloq Zeynəb Eyyubova

“Hər gün valideyn uşağı ilə bir saat məşğul olsa, onu virtual aləmdən ayıra bilər. Görəcəksiniz ki, həmin bir saatda uşaq telefon istəməyəcək. Uşaqların telefon və virtual həyat asılılığı bekarçılıqdan və boşluqdan irəli gəlir. Biz öz keçmişimizlə indiki uşaqların davranışları, əl-göz koordinasiyaları və yaddaşını müqayisə edərək onları seansa salırıq. Əvvəllər isə, uşaq oyunları “gizlənpaç” oynadığı zaman, hansısa uşağı axtararkən diqqəti artırdı. Dostluq, sosiallıq yaranması üçün axırıncı gələn gözlənilirdi ki, hamının yerinə o “stop” vursun. Və ya əl-göz kordinasiyasını düzəltmək üçün “yeddi şüşə oyunu” var idi. Şüşələri düz ataraq, əl-göz koordinasiyanı düzəldə bilirdik. Pul-manat, alış-veriş, mağaza oyunları oynayırdıq”-deyən psixoloq bildirib ki, keçmiş oyunlar uşaqları korreksiya edirdi.

Zeynəb Eyyubova hesab edir ki, bu korreksiyaedici oyunların yenidən həyatımıza qayıtması, yəni bu kimi layihələrin Azərbaycan məktəblərində də həyata keçirilməsi mükəmməl bir layihə olardı.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »